Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MAQATE İranla nüvə sazişi üzrə dialoqu bərpa etməyə çağırıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi beynəlxalq ictimaiyyəti İranla dialoqa qayıtmağa və onun nüvə ambisiyalarını nəzərə almağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Qrossi Financial Times nəşrinə müsahibəsində bildirib.

"İranla dialoq sistemini bərpa etmək lazımdır. İnsanlar İranın nüvə ambisiyalarına fikir verməyə bilər, lakin problem mövcuddur", deyə Qrossi bildirib.

MAQATE rəhbərinin sözlərinə görə, İran tərəfi ilə söhbətə qayıtmaq lazımdır, çünki İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyət çox qeyri-müəyyəndir.

2023-cü ilin oktyabrında Avropa İttifaqı ABŞ, Fransa, İran, Çin, Almaniya, Böyük BritaniyaRusiyanın iştirakı ilə 2015-ci ildə qəbul edilmiş İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi kimi tanınan JCPOA) çərçivəsində həyata keçirilməli olduğu üçün İrana qarşı sanksiyaları ləğv etməkdən imtina edib.

Birləşmiş Ştatlar 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmış və İrana qarşı sanksiyaları bərpa etmiş, İran isə nüvə tədqiqatlarına qoyulan məhdudiyyətlərdən əl çəkəcəyini bildirmişdi. O vaxtdan bəri müqaviləni yeniləmək cəhdləri uğursuzluğa düçar olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar