Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə nazirindən son xəbərdarlıq: ABŞ-ın defoltuna iki həftə qalıb...

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Konqres borc limitini qaldırmasa və ya dayandırmasa, Birləşmiş Ştatların iyunun 1-dək borclarını ödəmək üçün pulu tükənə bilər...

Poliqon The New York Times qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Xəzinədarlıq Departamenti daha əvvəl defolt tarixinin iyunun 1-də baş tuta biləcəyiniı, federal hökumətin borcunu ödəməməsi ehtimalı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Yellen qanunvericilərə yazdığı məktubda federal hökumətin nağd pulun tükənəcəyi tarixin bu təxminlərdən bir neçə gün və ya həftə gec ola biləcəyi barədə xəbərdarlıq edib.

Məqalədə bildirilir ki, Yellenin məktubu hökumətin qeyri-sabit maliyyə vəziyyəti ilə bağlı son xəbərdarlıqdır.

“Borc limitinin dayandırılması və ya artırılması üçün son dəqiqəyə qədər gözləmək biznes və istehlakçıların inamına ciddi zərbə vura, vergi ödəyiciləri üçün qısamüddətli borclanma xərclərini artıra və ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər”, deyə Yellen bildirib.

Xəzinədarlıq Departamenti, yanvarın 19-da rəsmi olaraq əldə edilən 31,4 trilyon dollarlıq borc limitini pozmadan ölkənin hesablarını ödəməyə davam etmək üçün fövqəladə tədbirlər kimi tanınan mühasibat manevrlərindən istifadə edir.

Yellen pula qənaət etmək üçün atmağı planlaşdırdığı hər hansı əlavə addımı açıqlamayıb. Büdcə ekspertləri proqnozlaşdırırlar ki, hökumət iyunun ortalarına qədər borclarını ödəmək üçün kifayət qədər resurs tapa bilsə, rüblük vergi gəlirlərinin axını yayın sonuna qədər əlavə möhlət verə bilər.

2022-ci ilin iyul ayında JPMorgan ABŞ iqtisadiyyatının tənəzzüldən bir addım uzaqda olduğunu açıqlayıb. Sentyabda ABŞ fond indeksləri son iki ilin ən aşağı səviyyəsinə düşüb.

2023-cü ilin martında JPMorgan Chase & Co şirkətinin icraçı direktoru Ceymi Dimon bəyan edib ki, Ukraynadakı müharibə ABŞ iqtisadiyyatı üçün əsas problemə çevrilib. Bildirilib ki, ABŞ hələ də nisbətən mülayim resessiyaya ümid edir.

Fevralın 7-də ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresi xəbərdar edib ki, ölkənin iyun ayında öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi mümkündür. Yellen həmçinin qeyd edib ki, borc limiti ilə bağlı razılaşma əldə olunmazsa, “qlobal maliyyə böhranı” baş verə bilər.

22 aprel tarixindən etibarən 12 ildən sonra ilk dəfə olaraq ABŞ-ın borclarını ödəməmək riskləri maksimum həddə çatıb. ABŞ-ın suveren borcunun sığortalanması xərcləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

BBC ABŞ Ticarət Departamentinin rəsmi məlumatlarına istinadən, əmək bazarında aktivliyin azalması və iqtisadi artımın açıq şəkildə azalması ilə ifadə olunan ABŞ iqtisadiyyatının 2023-cü ildə tənəzzülə uğrayacağı proqnozunu dərc edib. Bununla belə, tənəzzülün kifayət qədər mülayim olacağını gözləmək üçün əsaslar var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək

Ən çox oxunanalar