Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun adamı Şarl Mişelin Cənubi Qafqaza səfərinin pərdəarxası məqamları... - BMT-də yeni Qarabağ qətnaməsi hazırlanır...

Məlumatlı diplomatik mənbəyə əsaslanaraq “Moskovskiy Komsomolets” qəzeti yazır ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasında yeni Qarabağ qətnaməsinin qəbul edilməsi üçün danışıqlar aparır...

Politoloq: “ Avropa İttifaqının Cənubi Qafqazla yeni planı var... Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanın təsirini bölgədə kifayət qədər azaldacaq”

Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanın təsirini bölgədə kifayət qədər azaldacaq. Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişinin imzalanması da reallaşacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqının prezidentinin Cənubi Qafqaza başlanan səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Avropa İttifaqının prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri başlayıb. Onun səfər proqramı da açıqlanıb. Srağagün regiona səfər çərçivəsində Ermənistanda olub. Axşam saatlarında Yeravana gələn Şarl Mişel Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla işgüzar şam yeməyində bir araya gəlib. Dünən isə Avropa İttifaqının prezidenti Nikol Paşinyanla və Ermənistan prezidenti Armen Sarkisyanla rəsmi görüş keçirib. Görüşdən sonra Nikol Paşinyan və Şarl Mişel mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla bağlı müxtəlif iddialar səsləndirib və qeyd edib ki, Azərbaycan 9 noyabr üçtərəli b\yanatının əksinə olaraq Gürcüstan-Ermənistan-Azərbaycan-Rusiya dəmiryol xəttinin açılmasına imkan vermir. Maraqlıdır ki, bu absurd bəyanatı səsləndirərkən Nikol Paşinyan 9 noyabr üçtərəli bəyanatının əsas maddəslərindən biri olan “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı bir kəlmə də deməyib və bu maddəni ümumiyyətlə “unudub”.

Dünən axşam saatlarında Avropa İttifaqının prezidenti Şarl Mişel Bakıya gəlib. Bu gün səhər saatlarında Avropa İttifaqının rəsmisi Şəhidlər Xiyabanını ziyarət edib. Gün ərzində Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra mətbuat konfransı keçiriləcək.

İyulun 19-da Aİ lideri Gürcüstanda səfərdə olacaq. O, Gürcüstan Prezidenti, Baş naziri, Moldova və Ukrayna prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. Şarl Mişel Batumi Beynəlxalq Konfransında çıxış edəcək. Ukrayna, Gürcüstan və Moldova Prezidentləri ilə görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Şarl Mişel Fransa prezidenti Emmanuel Makronun adamı kimi tanınır və hazırda tutduğu yüksək vəzifəyə görə məhz Makrona borcludur. Ona görə də Mişelin regiona səfərini Makronun Ermənistana səfərindən öncə nəbz yoxlaması kimi də dəyərləndirmək olar.

Maraqlıdır ki, Şarl Mişelin Cənubi Qafqaz səfərini Rusiya mətbuatı da diqqət mərkəzində saxlayıb. Dünən axşam saatlarında Rusiyanın aparıcı medialarından “Moskovskiy Komsomolets” və “Nezavisimaya Qazetai” nəşrləri Fransa və Ermənistanın yeni Qarabağ planı barədə məlumat yayıb. Məlumatlı diplomatik mənbəyə əsaslanaraq “Moskovskiy Komsomolets” qəzeti yazır ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasında yeni Qarabağ qətnaməsinin qəbul edilməsi üçün danışıqlar aparır.

Ümumilikdə bu məqsədlə fransız və erməni diplomatlar ABŞ-da və digər güc mərkəzlərinin paytaxtlarında intensiv danışıqlar aparırlar. Makronun Paşinyanla birlikdə hazırladığı planını əsas məqsədi Qarabağdakı hazırkı status-kvonu ləğv etmək və yeni status-kvo formalaşdırmaqdır. Yeni status-kvo isə BMT-dən mandat alan Fransanın Ermənistan-Azərbaycan sərhədinə və Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə öz hərbiçilərini yerləşdirmək və Ermənistanı özünün Cənubi Qafqazdakı forpostuna çevirməkdir.

Qəzet yazır ki, Paris və Yeravan 9 noyabr üçtərəfli bəyanatını qeyri-legitim elan ermək üçün yollar arayır və Makron bütün bunlara BMT-nin Təhlükəsizlik Şurasında yeni Qarabağ qətnaməsi qəbul etdirməklə nail olmaq istəyir. Lakin Rusiyanın BMT TŞ-də bütün qətnamələrə veto hüququnun olduğunu xatırladan “Moskovskiy Komsomolets” bu planın baş tutmayacağına açıq işarə edir.

Qəzet yazır ki, bu böyük oyunda Ermənistanın baş naziri sadəcə “piyada” rolunda çıxış edir və və xəbərdalıq edir ki, nəticədə Rusiya və digər əsas fiqurlar belə “piyada” necə davranacaqlarını bilirlər.

Məqalə ilə bu linkdə tanış ola bilərsiz: Франция пытается превратить Армению в свой личный форпост в Закавказье?

Qeyd edək ki, Fransız hərbiçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı məlumat heç də yeni deyil. Bir neçə ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan u təkliflə çıxış edib. Dünən Şarl Mişellə keçirdiyi mətbuat konfransında bu fikrini yenidən təkrarlayıb.

Xatırladaq ki, son bir neçə ayda Avropa İttifaqının Cənubi Qafqaza marağı kəskin şəkildə artıb. Avropa İttifaqının rəhbərləri ardı-ardına regiona səfərlər edirlər.

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqının prezidenti regiona səfər etməklə İttifaqın Azərbaycanla Ermənistan arasında sühün əldə edilməsində maraqlı olmasını göstərir”.

Qarabağ müharibəsindən sonra Avropa İttifaqının regiona marağının artamasının şahidi olduğumuzu vurğulayan politoloq PİA.az-a bildirib ki, Aİ rəsmilərinin arda-arda regiona səfərinin reallaşması, sonda İttifaqın prezidentinin Cənubi Qafqazın üç ölkəsinə səfər etməsini regionda yeni bir mərhələrinin başlanğıcı kimi qiymətləndirmək olar:

Avropa İttifaqının prezidentinin Cənubi Qafqaza səfərinin əsas məqsədi İttifaqla region ölkələri arasında sıx siyasi-iqtisadi əməkdaşlığı dərinlişədirmək və Rusiyanın regionda mövqelərini zəiflətməkdir. Vurğulamaq lazımdır ki, Qarabağ müharibəsindən sonra Avropa İttifaqının regiona marağının artamasının şahidi oluruq. Xüsusilə Avropa İttifaqının rəsmilərinin arda-arda regiona səfərinin reallaşması, sonda İttifaqın prezidentinin səfərini yeni bir mərhələrinin başlanğıcı kimi qiymətləndirmək olar.

Düşünürəm ki, Avropa İttifaqının Cənubi Qafqazla yeni planı var. Bu planda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Ermənist­anın Rusiyanın təsirindən çıxması, Gürcüstanın avrointeqrasiyasına dəstək vermək, Azərbaycanla enerji, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməklə, regionda yeni bir siyasi platforma yaratmaq məsələləri var. Bütün bunlar da Azərbaycanın maraqlarına cavab verir.

Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsi Rusiyanın təsirini bölgədə kifayət qədər azaldacaq. Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişinin imzalanması da reallaşacaq. Regionda yeni bir nizam formalaşır. Burada da Avropa İttifaqı önə keçməyə çalışır.

Məhəmməd Əsədullazadə: “Regionda yeni bir nizam formalaşır. Bu nizam çərçivəsində də Avropa İttifaqı önə keçməyə çalışır”.

Həmçinin Avropa İttifaqı region üzərindən Çinlə və Uzaq Şərq ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirmək planına malikdir. İttifaqın prezidentinin Ermənistanda danışıqlar zamanı Azərbaycanla sülhün əldəedilməsini müzakirə edəcəyini düşünürəm. Həmçinin Zəngəzur dəhlizinin açılmasının da müzkirə etməsini istisna etmirəm. Çünki, bu məsələlər Avropanın marağındadır.

Hesab edirəm ki, Avropa İttifaqının prezidenti regiona səfər etməklə İttifaqın Azərbaycanla Ermənistan arasında sühün əldə edilməsində maraqlı olmasını göstərir. Avropa İttifaqı bu sülhün əldə edilməsinə töhfə verə bilər. Rusiya isə bu arada münasibətləri gərginləşdirməyə çalışacaq. Ona görə də Avropa İttifaqının rəsmilərinin regiona səfəri, aparılan danışıqlar prosesinə dəstək vermək və onlarla çalışmaq lazımdır. Bu regionda sülhə və əməkdaşlığa gətirib çıxaracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar