Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lütfi Zadənin adı qızılgülə verildi - Azərbaycanda


Bu günlərdə vəfat edən dünya şöhrətli alim Lütfi Zadənin adı Azərbaycanda gülə verilib


PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovun yetişdirdiyi yeni qızılgül sortu dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin adını daşıyır.
 
"Professor Lütfi Zadə" qızılgül sortu çay-hibrid qrupuna aiddir və Mərkəzi Nəbatat Bağında 2010-cu ildə seleksiya və hibridləşdirmə üsulu ilə alınıb. Müxtəlif bağ qruplarına mənsub olan bu bitki (Swan Lake LCI x Enric Palou HT) rənginə və digər xarakterik biomorfoloji xüsusiyyətlərinə görə digər güllərdən fərqlənir.
 
Yeni sortun hazırda kəsiş gülü kimi istixanada becərilməsi sınaqdan keçirilir. Bitki göz calağı, yaşıl və yarı odunlaşmış çiliklə çoxaldılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar