Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdel Hamid Dbeibahın iqamətgahına hücum edilib...
Poliqon xəbər verir ki. bu barədə Baş Nazirlikdəki mənbə Reuters Agentliyinə bildirib. Mənbə qeyd edib ki, iqamətgah qumbaraatanlarla hücuma məruz qalıb, zərər alan yoxdur.
Adı açıqlanmayan mənbə iqamətgaha hücumun müəyyən ziyan vurduğunu deyib. O, əlavə təfərrüatları açıqlamayıb.
İki hadisə şahidinin Reuters Agentliyinə verdiyi məlumata görə, onlar Tripolinin hökumət başçısının iqamətgahının yerləşdiyi elit bölgəsində dəniz yaxınlığında güclü partlayışlar eşidiblər. Bir şəxs partlayış səslərindən sonra təhlükəsizlik qüvvələrinin ərazinin yaxınlığında işlədiyini bildirib. Atışma zamanı baş nazirin iqamətgahda olub-olmadığı və hücumu kimin həyata keçirə biləcəyi açıqlanmır.
Qeyd edək ki, Dbeibahın rəhbərlik etdiyi Milli Birlik Hökuməti 2021-ci ilin yazında işə başlayıb. Ölkənin Şərq və Qərb arasında bölünməsinə son qoymaq nəzərdə tutulurdu. Bununla belə, ölkənin şərqindəki parlament ümummilli seçkilərin keçirilməsinə uğursuz cəhddən sonra 2021-ci ilin sonunda hökümətin legitimliyini tanımağı dayandırıb.
Poliqon.info