Livanın bir sıra departamentləri hakimiyyətdən İsraillə mümkün müharibənin başlanmasına hazır olmaq üçün göstərişlər alıb...
Poliqon xəbər verir ki, bu baerədə Bloomberg Agentliyi mənbədən əldə etdiyi Livan hökumətinin sərəncamıəsasında məlumat yayıb. Qeyd olunur ki, Livanın bir neçə nazirliyi və xəstəxanaları belə göstərişlər alıb.
Qeyd edək ki, KİV-lər ötən il oktyabrın 8-dən başlayaraq Livandan İsrailə doğru 2 mindən çox raket və 350 kamikadze dronlar atdığını yazıblar. Hücumlarda 12 əsgər və 7 mülki şəxs həlak olub və 170 nəfər yaralanıb. Yəhudilər sərhəddəki Kiryat Şmona şəhəri də daxil olmaqla, İsrailin şimalında onlarla yaşayış məntəqəsindən yaşayan 115 min insanı təxliyə ediblər.
Livanda 32 dinc sakin İsrailin bombardmanının qurbanı olub, “Hizbullah” isə 153 döyüşçünü itirib.
Poliqon.info