Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lirənin faiz dərəcəsi artırılır... - İnflyasiyanın qarşısı alına biləcək?

Türkiyə Mərkəzi Bankın yeni rəhbərinin faiz dərəcəsini kəskin artıracağı iddia edilir...

İqtisadçı-alim: “Uçot drəcəsinin aşağı salınmasından etibarən türk valyutası tədricən dəyər itirməyə başlayıb”.

“Görünən odur ki, prezident Ərdoğan ölkədə inflyasiya və cari kəsirin yüksək olduğu bir vaxtda yumşaq pul-kredit siyasətinin həyata keçirilməsinin təhlükəli addım olduğuna artıq razılaşıb”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Türkiyədə lirənin faizinin artırılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə mətbuatı Mərkəzi Bankın yeni rəhbərinin faiz dərəcəsini kəskin artıracağını yazır. Bəziləri faiz dərəcəsinin 8%-dən 20%-ə qədər, digərləri isə təxminən 25% faizə qalxacağını yazır.

Lirənin faiz dərəcəsinin 20-25%-ə qaldırılması inflyasiyanın qarşısını ala bilərmi və bu radikal qərar Türkiyə iqtisadiyyatına necə təsir göstərə bilər?

Türkiyə iqtisadiyyatında baş verənləri Poliqon-un əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədiva: “Hazırkı vəziyyətdə tək hərəkətlə faiz dərəcələrini inflyasiya səviyyəsində yüksəltmək də risklidir”.

Əslində yumşaq pul-kredit siyasətinin əsas məqsədinin xarici sərmayəni ölkəyə çəkmək olduğunu vurğulayan ekspert bildirib ki, xarici sərmayədarlar üçün isə əsas amil stabillikdir:

“Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına yeni sədr təyin olunduqdan sonra iyunun 22-də keçirilməsi nəzərdə tutulan ilk pul-kredit siyasəti toplantısında uçot dərəcəsinin 8,5%-dən 25%-ə qaldırılacağı təxmin edilir. Xanım sədrin təkrar ortodoks pul siyasətinə geri qayıdacağı ilə bağlı proqnozlar çoxluq təşkil edir demək olar. Faiz dərəcəsi ilk toplantıda 18-20% civarında, daha sonra iyul ayında baş tutacaq növbəti toplantıda isə 25% yüksəldilə bilər.

Bu artımın sonuncu olub-olmayacağı da sual altındadır, faiz dərəcəsinin il sonuna qədər 30%-i keçəcəyi də istisna edilmir. Bilirsiz ki, 2021-ci ildən etibarən Türkiyə sərt pul-kredit siyasətindən yumşaq pul-kredit siyasətinə keçid etdi. Məhz prezident R. T. Erdoğanın təşəbbüsü ilə Mərkəzi Bank bir neçə dəfə uçot dərəcəsini aşağı saldı. Prezident R. T. Erdoğan hətda bir çıxışında bildirmişdi ki, “mən hakimiyyətdə olduğum müddətdə faizlər yüksək olmayacaq”.

Uçot drəcəsinin aşağı salınmasından etibarən türk valyutası tədricən dəyər itirməyə başladı. 2021-ci ilin sentyabrından etibarən faiz dərəcəsinin 19%-dən 8,5%-ə endirilməsinin ardından, türk lirəsinin ucuzlaşması sıx valyuta satışları ilə tarazlaşdırılmağa çalışıldı. İyunun 2-nə olan məlumata görə, Mərkəzi Bankın xalis valyuta ehtiyatları 5,7 milyard dollara qədər azalaraq tarixin ən aşağı səviyyəsindədir.

Vüsalə Əhmədiva: “Faizlərin sərt yüksəltiləcəyi və yaxud orta səviyyələrdə artırılacağı isə xanım sədrə nə qədər fəaliyyət azadlığının veriləcəyinə bağlıdır”.

Ancaq görünən odur ki, Prezident ölkədə inflyasiya və cari kəsirin yüksək olduğu bir vaxtda yumşaq pul-kredit siyasətinin həyata keçirilməsinin təhlükəli addım olduğuna artıq razılaşdırılıb. Əslində yumşaq pul-kredit siyasətinin əsas məqsədi xarici sərmayəni ölkəyə çəkməkdir. Xarici sərmayədarlar üçün isə əsas amil stabillikdir. Hazırkı vəziyyətdə tək hərəkətlə faiz dərəcələrini inflyasiya səviyyəsində yüksəltmək də risklidir. Bir anda faiz yüksəldilərsə, bu zaman da mövcud investorlar ölkəni tərk edərlər, tənəzzül başlaya bilər. Məsələn, uçot dərəcəsi ilk addımda 30-40% artırılarsa, kredit faizləri o cümlədən də, depozit faizlərində yüksəlmə baş verəcək. Həmçinin kredit kartı və overdraft hesablarının aylıq faizləri də bir anda yüksələcək. Bundan əlavə, avtomobil və ev kredit faizlərində də artım olacaq.

Belə bir vəziyyətdə insanlar xərcləməyə deyil, daha çox yığıma meyl edirlər, tədavüldəki pul kütləsi azalır. Təbii ki, belə olan halda bir müddət inflyasiyanın geriləməsi mümkündür. Ancaq, bərabərində də ÜDM-da azalmaya, ümumi iqtisadiyyatda tənəzzül və durğunluğa səbəb olur. Ən optimal variant dediyim kimi, inflyasiyanı aşağı salana qədər faizlərin az-az artırılmasıdır. Faizlərin sərt yüksəltiləcəyi və yaxud orta səviyyələrdə artırılacağı isə xanım sədrə nə qədər fəaliyyət azadlığının veriləcəyinə bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar