Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik”

"Ədəbi dil normalarının qorunması hər kəsin vətəndaşlıq borcu olmalıdır"


APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
 
N. Məhərrəmli bildirib ki, hamı Ana dilini səlis bilməlidir: "Hər birimiz orta məktəbdə "Azərbaycan dili" dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə edilməlidir. Bu məsələdə əsas iş ziyalılarımızın, QHT-nın, ümumiyyətlə, cəmiyyətin fəal qisminin üzərinə düşür. Mən ədəbi dil normalarının qorunmasına həsr olunmuş konfransda da çağırış etdim ki, ziyalılar, QHT, cəmiyyətin fəal qismi bu işdə öndə getsinlər. Çünki Azərbaycan dilində danışanların sayı nə qədər azalırsa, bu, Azərbaycan dilinə ziyan vurur. Hər birimiz doğma torpağımızda, Azərbaycanda yaşayırıqsa, dilimizin inkişafına çalışmalıyıq, zəifləməsinə yox".
 
N. Məhərrəmli telekanallarda ədəbi dil normalarına riayət olunması sahəsində monitorinqlərin davamlı şəkildə aparılacağını da qeyd edib: "Amma bu məsələdə əsas iş mütəxəssislərin üzərinə düşür. Dil sahəsində çalışan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, dil üzrə ayrıca Dövlət Komissiyası var. Onlar bu sahədə fikirlərini deməlidir. MTRŞ yalnız mütəxəssislərin rəyi əsasında hər hansı tədbir görə bilər".
 
N. Məhərrəmli AMEA Dilçilik İnstitutunun hazırladığı və ədəbi dil normalarının pozulmasına görə inzibati cərimələri nəzərdə tutan layihə ilə hələ tanış olmadığını da bildirib: "Bu layihə ilə tanış olduqdan sonra fikir deyə bilərəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar