Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kür suyunun həcmi 25 faiz azalıb

2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb...

Bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib.

O, Kür çayı suyunun ölkəmizə cəmi dörddə birinin çatdığını söyləyib.

Alim çayda suyun azalmasının səbəblərini açıqlayarkən bildirib ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb gələn suyun səviyyəsindən asılıdır.

Bir neçə gün qabaq akademik Ramiz Məmmədovla Kürətrafı ərazilərdə çayı tədqiq edərkən Neftçala, Salyan rayonlarında 60 km. ərazidə Xəzərin Kürə qarışdığını müşahidə etdiklərini deyən mütəxəssis sakinlərin şirin su qıtlığından əziyyət çəkdiklərini qeyd edib.

Alim yaranmış vəziyyəti düzəltmək üçün təcili olaraq Kürün deltasını Xəzər dənizinə qovuşan yerdə asılı materiallardan və gildən təmizləməyin vacib olduğunu vurğulayıb. Əks təqdirdə, Kürün suyu artarsa, bu, daşqınlara səbəb ola bilər.

M.Həsənov bildirib ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması da Kürdə suyun səviyyəsini aşağı salan səbəblərdəndir.

Alim, həmçinin istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək onun təkrar emalını məqsədəuyğun hesab edir və hamını suyun istifadəsində qənaətcil olmağa səsləyir. (Teleqraf.com)

pia.az


Etiket: Kür çayı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar