Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kür çayının bəzi hissələrində suyun səviyyəsi artıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 100-160, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir


Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 445 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 350 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 161 kubmetr olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 139 kubmetr təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 22, Salyanda 5, Bankədə 4 santimetr artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində 23 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2016-cı il mayın 19-da 355 sm), Şirvanda 263, Salyanda 202 (2016-cı il mayın 19-da 208 sm), Bankədə 195 (2016-cı il mayın 19-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2016-cı il mayın 19-da 60 sm) təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar