Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin Xankəndiyə əsgər və silah daşıması: 3 təhlükəli ssenari

Xankəndiyə cəmi 1 yol var - Laçından, Şuşanın yaxınlığından keçən yol, bunun adına "koridor" demək olmaz, o yola "koridor" statusu verən heç bir rəsmi sənəd yoxdur. Ona görə də müvəqqəti Rusiya nəzarətində olan o yola "koridor" deməyək.

Həmin yol tam olaraq Rusiya nəzarətindədir, bizim nə əsgərimiz, nə sərhəd qoşunlarımız, nə gömrüyümüz o yola nəzarət edir - deməli, ölkənin bir hissəsində bizim suverenliyimiz təmin edilməyib.

Yola Rusiya nəzarət edirsə, deməli, son günlər Ermənistandan Xankəndiyə daşınan əsgər və zabitlər, silahlar Kremlin icazəsi ilə ora yığılır.

Əgər bunu Kreml edirsə, deməli, nəsə planı var, gəlin versiyaları müzakirə edək:

1) Hədəf Paşinyandır

Həbri məğlubiyyət və seçki ilə Nikola qalib gələ bilməyən Kreml indi yeni, daha ağır məğlubiyyətlə Paşinyanı üzbəüz qoyaraq Ermənistan siyasi elitası və cəmiyyətinin Qərb sevgisini tamam məhv etmək istəyir. Ermənilər o vəziyyətə düşür ki, Rusiyanın tərkibinə keçməyə, "İttifaq Dövləti”nin yaranmasına razı olur (bura Belarus da qatılacaq), hətta bunu tələb edir. Bundan sonra biz Ermənistanla yox, "İttifaq Dövləti" ilə sərhəd oluruq, Xankəndidə o dövlətin pasportları paylanılır, o bölgə tamam əlimizdən çıxır;

2) Hədəf Azərbaycandır

Rusiya Azərbaycandan Avrasiya və Gömrük İttifaqına və KTMT-yə üzv olmağı tələb edir, Əliyev doğru olaraq buna razılıq vermir, ona görə də Kreml indi Qarabağda ermənilərin əli ilə əks-həmlə əməliyyatı hazırlayır, bir neçə uğurlu hərbi əməliyyat keçirir, Azərbaycanı o təşkilatlara üzv olmağa məcbur edir. Və paralel olaraq da Ermənistanda cəmiyyətdə itirilən nüfuzunu bərpa edərək yenə xalqı Qərb yolundan dönməyə sövq edir;

3) Hədəf Türkiyədir

Hamımıza məlumdur ki, Rusiya ilə Türkiyənin maraqları, demək olar ki, hər addımda toqquşur, "mehriban düşmən" modunda olmağa məcburdurlar. Türkiyənin Azərbaycanda, ümumən Cənubi Qafqazda nüfuzunun artması Moskva üçün qəbuledilməzdir. Qarabağda gərginliyi artıraraq Kreml birbaşa Türkiyə ilə bazarlığa oturur, Qarabağ o bazarlığın sadəcə parçasından biri olur. Moskva və Ankara öz problemlərini həll edir, biz isə bu razılaşma ilə barışmaq zorunda qalırıq.

Hər 3 variant bizim üçün təhlükə mənbəyi, ciddi bir tələdir. Bu tələyə düşməmək üçün artıq çox sürətlə qəliz idarəetmə mexanizmi yaradılmalı, Parlamentin özəlliyi və statusu artırılmalıdır. Parlament "sülhməramlıların" qeyri-qanuni statusda olduğu ilə bağlı qərar verəndə, Prezident o qərarı həmən imzalamır, Moskva ilə bazarlıq üçün əsas yaranır. Ona görə keçən il 10 noybrda Parlament qərarı olmadan "sülhməramlıların" gətirilməsini doğru saymışdıq, çünki bu manevr imkanlarını açıq saxlayır.

Xülasə, çox təəssüf ki, artıq 6 aydır dəfələrlə dediyim bir məsələnin şahidi oluruq: Qərb post-sovet məkanını müvəqqəti olsa da, Kremlə güzəşt edir, bu yolla Kremli maddi yükləyir (Belarus, Ermənistan, Abxaziya, C.Osetiya, Krım, Donbas, Dnestyanı, Xankəndi, Orta Asiyanın Əfqanistanla sərhədi və s.), günün birində bu yükə dözə bilməyəcəyinə ümid edir, amma yaxın zamanda bunun əziyyətini bütün post-sovet, o cümlədən biz çəkəcəyik.

Biz millət və dövlət olmaq üçün dönüm nöqtəsindəyik, ağır imtahan qarşısındayıq, bu mərhələdən bizi ancaq "Çanaqqala" ruhu çıxarda bilər. Aydındır ki, biz Rusiya ilə vuruşa bilmərik, aydındır ki, Türkiyə bizə görə BİRBAŞA Rusiya ilə müharibəyə girməyəcək - amma çıxış yolu var: Qəliz mexanizmli, dövlətçilik ruhlu yeni idarəetmə sistemi - başqa yol görmürəm. İlham Əliyev məsuliyyət və səlahiyyət bölgüsünə incə şəkildə getməlidir ki, bu bəlaları adladaq.

Bu işdə biz əlimizi daşın altına qoymağa tam hazırıq...

Natiq Cəfərli, ekspert

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar