Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml 224-cü il prezident seçkilərinə hazırlaşır…

Kreml Putinin iştirakı ilə 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlığa başlayıb…

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” prezident administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Kremlin daxili siyasi bloku 2024-cü il prezident seçkiləri kampaniyasına hazırlığa başlayıb. Bildirilir ki, Kreml Administrasiyası prezident seçkilərinin təyin olunmuş vaxtda və Vladimir Putinin iştirakı ilə keçirməyi planlaşdırırlar.

Qəzetin mənbələri bildiriblər ki, administrasiya rəsmiləri bu yaxınlarda ekspert icması ilə müvafiq məsləhətləşmələr aparıblar. “Kommersant” qeyd edir ki, ideoloji komponentin hələ aydın konturları yoxdur. Buna baxmayaraq belə düşünülür ki, 2024-cü il ideologiyası milli birlik üzərində qurulacaq.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, 2023-cü ilin sentyabrında keçiriləcək regional seçkilərdə “2024-cü ildə tətbiq oluna biləcək həm texnoloji, həm də məzmunlu ideyaların” sınaqdan keçirilməsi planlaşdırılır. Xatırladaq ki, buu il Rusiyada 20 regionda qubernatorların birbaşa seçkiləri, 16 vilayətdə isə qanunvericilik məclislərinə seçkilər keçiriləcək.

“Kommersant”ın həmsöhbətlərindən biri 2023-cü ilin prezident seçkiləri üçün əhəmiyyətindən danışaraq ilhaq edilmiş əraziləri ,qeyd edib. O qeyd edib ki, DXR və LPR-də qəbul edilmiş “konstitusiyalar” başçıların dolayı seçkisini nəzərdə tutur. “Bu o deməkdir ki, orada legitimlik məsələsi xüsusilə kəskindir”, deyə mənbə qeyd edib.

Rəsmi olaraq Vladimir Putin hələ 2024-cü il prezident seçkilərində iştirak planlarını açıqlamayıb. Noyabrın əvvəlində prezidentin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Putin hələ ki, namizədliyini irəli sürüb-götürməmək barədə qərar verməyib.

2020-ci ilin yayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra Vladimir Putin daha iki dəfə prezident seçkilərində iştirak etmək və 2036-cı ilə qədər dövlət başçısı postunu tutmaq imkanı əldə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Ən çox oxunanalar