Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreditlərlə bağlı bankların kompensasiya ödənişi zamanı spekulyasiyası mümkündürmü?

Bank üzrə mütəxəssis: “Prinsipcə, bu addım fərmanın mahiyyətindən xəbər verir. Yəni, fərmana əsasən...”

“Əgər vətəndaş heç bir ödəniş etməyibsə, deməli, həmin məzənnə fərqini dövlət banka ödəyəcək. Əgər vətəndaş ödəniş edibsə, dövlət həmin fərqi vətəndaşa qaytaracaq”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yeni nizamnaməni şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov bildirib ki, bankların müştərilərə etdiyi güzəştlər kompensasiya məbləğindən çıxılacaq. Belə ki, banklar vətəndaşların ödəniş qabiliyyətini bərpa olunması üçün vaxtilə onlara müəyyən güzəştlər təklif edib və fərmana əsasən həmin güzəşt hesablanmış kompensasiya məbləğindən çıxılacaq.

Palatanın mətbuat katibi Elşən Allahverdiyev isə açıqlamasında “Ən geci aprel ayının sonundan kompensasiyaların ödənilməsinə başlanılacaq”, deyə qeyd edib.

Maraqlıdır ki, bankların müştərilərə etdiyi güzəştlərin kompensasiya məbləğindən çıxılacağı təqdirdə bankların kompensasiya ödənişi zamanı spekulyasiya etmələrinə yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənovun fikirlərini öyrənib.

Əkrəm Həsənov: “Əgər vətəndaş ödəniş edibsə, dövlət həmin fərqi vətəndaşa qaytaracaq”.

Bankların kompensasiya ödənişi zamanı spekulyasiyasının qeyri-mümkün olduğunu qeyd edən bank üzrə mütəxəssis Əkrəm Həsənova görə, sadəcə ödəniş zamanı güzəştlərin nəzərə alması baş tutacaq:

“Bu məsələdə hansısa spekulyasiyadan söhbət gedə bilməz. Hər bir halda məzənnədə müştərilərinə güzəşt edən banklar olubsa, dövlət artıq o güzəştin fərqini vətəndaşlara ödəməlidir. Qalan məbləği isə banklara ödəməlidir. Prinsipcə, bu addım fərmanın mahiyyətindən xəbər verir. Yəni, fərmana əsasən vətəndaşların xarici valyutada olan kreditləri üzrə məzənnə fərqinin hardasa 92%-ni dövlət öz boynuna götürür.

Əgər vətəndaş heç bir ödəniş etməyibsə, deməli, həmin məzənnə fərqini dövlət banka ödəyəcək. Əgər vətəndaş ödəniş edibsə, dövlət həmin fərqi vətəndaşa qaytaracaq.

Əgər vətəndaş qismən ödəniş edibsə, dövlət vətəndaşın ödədiyi fərqi özünə qaytaracaq, ödəmədiyini isə banka ödəyəcək. Bu baxımdan bankların kompensasiya ödənişi zamanı spekulyasiyası mümkün deyil”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar