Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək? - Video

Bir neçə ildir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin inşa etdirdiyi Nəqliyyat Mübadilə Mərkəzi var. Burada sərnişinlərin avtobuslara minib-düşməsi rahatlaşdırılıb və mərkəzləşdirilib...

Avtosfer.az-ın məlumatına görə, yaxın vaxtlarda metronun “Koroğlu” stansiyasının genişləndirilməsi nəzərdə tutulur ki, bu zaman həmin mərkəzin sökülməsi baş verəcək.

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, stansiyaların yeri konseptual inkişaf sxemi təsdiq olunduqdan sonra əsas istiqamətlər üzrə bəllidir. Xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi metronun “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər üç yeni stansiyanın inşası nəzərdə tutulub: “Sizin genişləndirmə dediyiniz də məhz yaşıl xətt üzərində “Koroğlu”ya keçid olacaq bir stansiyanın inşasını nəzərdə tutur. Layihə əsasında həmin stansiyanın yeri bu gün “Koroğlu” stansiyasının üzərində olan Nəqliyyat Mübadilə Mərkəzinə düşür. Lakin onu xüsusi qeyd edim ki, real layihələrin həyata keçirilməsinə başlandıqda stansiyanın yeri ilə bağlı dəqiqləşmə işləri aparılacaq. Bu məsələyə qarşıdakı dövrdə baxılacaq. Amma tam razıyam ki, “Koroğlu NMM”in yerləşmə yeri təxminən həmin stansiyanın inşaat meydançasına düşür. Narahat olmağa ehtiyac yoxdur. Qarşıdakı yeni inşaat prosesi başlanan dövrdə bu məsələ müsbət həllini tapacaq. Bundan hər hansı bir ictimai nəqliyyatdan istifadə edən insanlar zərər görməyəcəklər”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Ən çox oxunanalar