Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstantin Kosaçev bizi təriflədi



"Azərbaycan Rusiyanın Qafqazdakı ən əhəmiyyətli tərəfdaşıdır"


PİA.AZ ans press-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

O bildirib ki, biz rus dilinə və Azərbaycanda yaşayan həmvətənlərimizə çox qayğıkeş münasibətə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Komitə sədri həmçinin qeyd edib ki, RusiyaAzərbaycan arasında humanitar əməkdaşlıq həm regionlararası əlaqələrə, həm də dövlət səviyyəsində iri layihələrə yol açır:

"Azərbaycanın başqa tərəfdaşları və müttəfiqləri də var. Azərbaycanın seçim palitrası Ermənistanınkından, yaxud Gürcüstanınkından xeyli genişdir. Hazırkı mərhələdə Rusiya-Azərbaycan əməkdaşlığının indiyə qədər olduğu kimi rahat və müsbət inkişaf etməsi üçün heç bir dəfedilməz maneə görmürəm".

Konstantin Kosaçevin fikrincə, qarşılıqlı fəaliyyətin istiqamətləri arasında energetika nəzərəçarpan yer tutur. Onun sözlərinə görə, AzərbaycanRusiya rəqib kimi deyil, tərəfdaş qismində çıxış edə bilirlər: "Sənaye, kənd təsərrüfatı istehsalı sahəsində bir çox digər layihələrlə yanaşı, elm və innovasiyalar sahəsində əməkdaşlığı, bu sahədə Azərbaycan ilə ciddi layihələrimizin olduğunu xatırlatmaq yerinə düşər. İşi bildiyim üçün belə danışıram, çünki əvvəllər “Rossotrudniçestvo” Federal Agentliyində birbaşa bu layihələrlə məşğul olmuşam. Qarşılıqlı fəaliyyət üçün ölkələrimizin geniş imkanları var", - deyə Konstantin Kosaçev söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar