Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Klinikası bağlanır” iddiasına sabiq deputatdan cavab - “...Yalandır”


Sabiq deputat Nazim Məmmədovun kredit borcu rəhbərlik etdiyi “Loğmed” klinikasının işinə problem yaradıb


Məlumata görə, bankın problemli kreditlər şöbəsinin 10-a yaxın əməkdaşı klinikaya gəlib və qapıları bağlayıb. 

Bank əməkdaşları borcun faizlərlə birlikdə dərhal ödənilməsini tələb edib. Sabiq deputatın qayınatası professor Rüfət Rüstəmov da klinikaya gəlib. O, bank əməkdaşları və bankın rəhbərliyi ilə danışıqlar aparıb, bir neçə günlük möhlət ala bilib. 

Bundan sonra Nazim Məmmədov iki avtomobilindən birini satıb, “Loğmed” klinikasını isə satışa çıxarıb.

Əldə olunan məlumata görə, sabiq deputatın banka 200 min manat kredit borcu var. 




Nazim Məmmədov musavat.com-a açıqlamasında klinikasının bağlanması xəbərinin həqiqəti əks etdirmədiyini dedi. Onun sözlərinə görə, bu cür xəbərlər ona qarşı aparılan əks kampaniyadır.

 

Sabiq deputat hazırda Moskvada olduğunu, klinikasının isə işlədiyini bildirdi: "Moskvaya dünən gəlmişəm. Klinika həmişə olduğu kimi işləyir. Heç bir kredit borcum yoxdur. Bunları sizdən eşidirəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar