Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevə gecə zərbələri – Bir nəfər ölüb...

Kiyev səmasında 29 pilotsuz təyyarə vurulub. Onlardan birinin qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb, bir nəfər ölüb...

Mayın 30-na keçən gecə Ukrayna “Şahed-136/131” pilotsuz təyyarələrinin növbəti hücumuna məruz qalıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı ümumilikdə 31 kamikadze pilotsuz təyyarənin hədəfə buraxıldığını bildirib.

Poliqon xəbər verir ki, Ukrayba komandanlığının məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 29 pilotsuz uçan aparatı vurmağa nail olub.

Kiyev şəhər hərbi administrasiyasından bildiriblər ki, bu, son 24 saat ərzində şəhərə üçüncü hücumdur. İlkin məlumatlara görə, hücum bir neçə istiqamətdən dalğalar şəklində həyata keçirilib. Pilotsuz təyyarələrin dağıntıları nəticəsində şəhərin müxtəlif yerlərində binalara ziyan dəyib.

Qoloseyevski rayonunda vurulan dronunun hissələrinin çoxmərtəbəli binaya düşməsi səbəbindən yanğın başlayıb. İlkin məlumata görə, bir nəfər ölüb, üç nəfər yaralanıb. 20 nəfər təxliyə edilib.

“Mərtəbələr arasındakı tavanlar dağıdılıb, xilasetmə işləri aparılır”, deyə şəhər administrasiyasının teleqram kanalında deyilir.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Darnitski rayonunda dron hissələrinin düşməsi nəticəsində iki fərdi yaşayış evi yanıb. Peçerski rayonunda 3 avtomobil yanıb. Podolski rayonunda yaşayış binasında baş verən yanğın barədə də məlumat verilir. Kliçkonun sözlərinə görə, gecə hücumu nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Ən çox oxunanalar