Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kiçik insident böyük müharibəyə səbəb ola bilər”


Hər hansı kiçik insident Koreya yarımadasında genişmiqyaslı müharibəyə səbəb ola bilər


Bu barədə Oxu.Az-a politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

“Şimali Koreya lideri Kim Çen In nüvə başlıqları raketlərinin sınaqlarını davam etdirir. Bu proses artıq son mərhələyə yaxınlaşmaq üzrədir. KXDR-nin yaxın zamanlarda uzaqmənzilli nüvə başlıqlarına malik olacağı gözlənilir. Qonşu dövlətlər təhlükə hiss edirlər ki, bu da əsassız deyil. Qeyd edim ki, Cənubi Koreya və Yaponiya daha çox təhlükə altındadır. 

Zənnimcə, növbəti sınaqlar davam etdiyi təqdirdə, bölgədə vəziyyət yenidən gərginləşə bilər. Hər hansı kiçik insident belə, bölgədə genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Belə olan halda, Cənubi Koreya, Yaponiya, Amerika Birləşmiş Ştatları, hətta Çin və Rusiyanın müharibəyə qatılması gözlənilir.

Buna görə hələlik danışıqlara üstünlük verilir. Lakin Şimali Koreya liderinin danışıqlara maraq göstərmədiyi və nüvə başlığı raketlərinin sınaqlarını davam etdirdiyini müşahidə edirik. Bu səbəbdən hələ bir müddət bölgədə gərginlik azalmayacaq”, - deyə politoloq bildirib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də genişmiqyaslı birgə təlimlərə başlayıb. Şimali Koreya rəhbərliyi isə beş gün davam edən təlimləri hədə və təhdid kimi qiymətləndirərək, müharibəyə hazır olduqlarını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar