Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kevin Makkarti: ABŞ sərhədində Ukraynadakı müharibədən daha çox amerikalı ölür

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, onun ölkəsinin vətəndaşları Amerika sərhədində Ukraynadakı müharibədən daha çox ölür...

Poliqon xəbər verir ki, Kevin Makkarti bu barədə "Face the Nation" proqramında danışıb. Makakrti Kiyevə kömək etmək istədiyini, lakin ABŞ-ın prioriteti olduğunu bildirib.

"Ukraynanın ehtiyac duyduğu silahlara malik olmasını dəstəkləyirəm, lakin mən ilk növbədə sərhədi düşünürəm. Ona görə də biz bunu birlikdə etmək üçün bir yol tapmalıyıq", deyə spiker bildirib.

Onun sözlərinə görə, Ukraynaya kömək etməzdən əvvəl ABŞ sərhədlərinin təhlükəsizliyini təmin etmək lazımdır:

"Sərhəd təhlükəsiz olmasa, Ukrayna heç bir böyük paket almayacaq. Biz ehtiyacı olan insanlarla işləyəcəyik, lakin Ağ Ev bir şeyi başa düşməlidir: Amerika sərhədinin təhlükəsizliyini təmin etməyə daha yaxşı hazırlaşmalıdırlar".

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden hələ avqust ayında Ukraynaya 24,1 milyard dollarlıq hərbi yardım üçün müraciət etmişdi. Eyni zamanda, Amerika qanunvericilərinin heç də hamısı bu addımı atmağa razı deyil.

Oktyabrın 1-də ABŞ Ukraynaya yardım göstərməyən müvəqqəti büdcəni təsdiqləyib. Öz növbəsində Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova qeyd edib ki, heç bir şey silah və texnikanın tədarükünə təhlükə törətmir.

Bundan əlavə, respublikaçı senator Lindsi Qrem vəziyyəti ABŞ-ın Əfqanıstandan hərbi kontingentini çıxarmaq qərarı ilə müqayisə edərək, Ukraynaya yardımın qarşısının alınmasının analoji səhv olacağını vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Ən çox oxunanalar