Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanadanın baş naziri Azərbaycanla bağlı korrupsiya iddialarına münasibət bildirdi


Kanadanın baş naziri Castin Tryudo bu ölknin təyyarə və qatarlar, digər nəqliyyat avadanlıqları istehsal edən qlobal “Bombardier” şirkətinin İsveç nümayəndəliyinin əməkdaşının Azərbaycan vəzifəliləri ilə korrupsiya sövdələşməsinə görə həbs edilməsinə şərh verib


Virtualaz.org xəbər verir ki, baş nazir Kanada şirkətlərinin işlədikləri xarici ölkələrdə “qanunlara və etik standartlara əməl etməli olduğunu” bildirib.

Xəbər verildiyi kimi “Bombardier” şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlanan müqavilədən cəmi 80 milyon dollar “otkat” alınması işi üzrə ötən gün Stokholmda həbs edilib. Həmin “otkat”ın 56 milyon dolları Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas” şirkəti üzərindən Azərbaycan məmurlarına ötürülüb. Həəmin müqavilə Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik hissəsinin siqnalizasiya avadanlıqları ilə təchiz edilməsini nəzərdə tuturdu və 2013-cü ildə bağlanmışdı. O dövrdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi.

“Assosiated Press” bildirir ki, baş nazir Tryudo ABŞ-ın Hyuston şəhərində keçirilən ümumdünya neft konfransı zamanı jurnalistlərin bu qalmaqal barədə sorğusunu cavablandırıb. “Kanada hökuməti gözləyir ki, Kanadaşirkətləri və kanadalılar xaricdə işləyərkən ən yüksək etik və hüquqi standartlara əməl edəcəklər”-baş nazir bildirib.



Castin Tryudo deyib ki, İsveçdəki qalmaqal Kanada hökumətinin “Bombardier” şirkətinə 372 milyon dollar kreditin ayrılmasına dair ötən ay irəli sürdüyü təklifə təsir etməyəcək. Çünki bunlar bir-birindən tamamilə ayrı məsələlərdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar