Kanadanın xarici işlər naziri Melani Coli Çinin Qərbin Yəmənin Ənsar Allah hərəkatına (husilərə) qarşı mübarizəsində öz rolunu oynamasının zəruri olduğunu bildirib. Çünki bu, Pekinin özünün maraqlarına uyğundur...
Poliqon xəbər verir ki, o, bu barədə "Reuters" agentliyinə müsahibəsində danışıb.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Kanadanın xarici işlər naziri Çinin xarici işlər naziri Vanq Yiyə bildirib ki, Pekin Qırmızı dənizi açıq saxlamaq üçün husilərə təsir göstərməlidir.
"Bu, bir ixracatçı olaraq Çinin maraqlarına uyğundur", deyə Melani Coli bildirib.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisi (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücumun həyata keçirildiyini bildirmişdi.
Məlumata görə, hadisə Moha limanından 35 dəniz mili cənubda baş verib. Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun gəmiyə ziyan vurduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddətdir ABŞ və Böyük Britaniya Qırmızı dənizdə gəmilərə hücum edən husilərə qarşı zərbələr endirir. Yəmən qruplaşması İsrailin Qəzzada əməliyyatları davam etdiyi müddətdə hücumları dayandırmayacaq.
Poliqon.info