Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri ilə təmənnasız təchiz olunacaq


Azərbaycan prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, sözügedən binadakı 255 mənzil "Bakı Telefon Rabitəsi" MMC tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON ("Giqabit Passive Optical Network") əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.
 
Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.
 
Binanın sakinləri "Bakı Telefon Rabitəsi" MMC tərəfindən "Üç bizimlə" layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar