Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya XİN: Sovet dövrünün əvvəlində Rusiyanın Polşada etdiklərini xatırlamaq lazımdır..

İtaliyanın xarici işlər naziri Antonio Tajani Polşanın baş naziri Donald Tuskun Avropanın "müharibədən əvvəlki dövrə" qədəm qoyması ilə bağlı sözlərini şərh edib...

Poliqon xəbər verir ki, nazir bu barədə "Rete 4" telekanalına müsahibəsində danışıb.

Antonio Tajani bildirib ki, bunun səbəbi Varşavanın Rusiya təhlükəsini hamıdan çox həyəcanla hiss etməsidir. O, Sovet dövrünün əvvəlində Rusiyanın Polşada etdiklərini xatırlamağa çağırıb.

Nazirin sözlərinə görə, polyaklar ruslara böyük narahatlıqla baxırlar və bu, narahatlıq əsassız deyil.

"Ancaq düşünürəm ki, hazırda biz polad əsəblərə sahib olmalıyıq və qorxmamalı, NATO-nu gücləndirməli və Ukraynanı müdafiə etməliyik. Çünki həqiqət budur ki, Ukrayna uduzsa, qapılarımızda daha böyük təhlükə yaranacaq. Amma biz sülh üçün çalışmalıyıq", deyə Tajani bildirib.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk demişdi ki, Avropa müharibədən əvvəlki dövrə qədəm qoyub və Avropa təhlükəsizliyin pisləşməsi fonunda istənilən ssenarilərin inkişaf ehtimalından narahatdır. Onun fikrincə, Avropa 1945-ci ildən bəri belə bir inkişafla üzləşməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar