Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya Çinin “Bir kəmər, bir yol” layihəsindən çıxır...

İtaliya ABŞ-a ilin sonuna qədər Çin ilə mübahisəli “Bir kəmər, bir yol” investisiya müqaviləsindən çıxmaq niyyətində olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

İtaliyanın baş naziri Corcia Meloni keçən həftə Romada keçirilən iclasda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə hələ yekun qərarın verilmədiyini, lakin onun hökumətinin Çinin böyük “Bir kəmər, bir yol” investisiya sazişindən çıxmasının tərəfdarı olduğunu bildirib.

Qəzet qeyd edir ki, Avropanın böyük hissəsi kimi İtaliya da Vaşinqton və Pekin arasında gərginlik içərisindədir, bu, Çinin Rusiyaya davamlı dəstəyi fonunda getdikcə güclənir. Avropa ölkələri iqtisadi zorakılıq iddialarını rədd edərək, Çinlə ticarət və investisiya sahəsində əməkdaşlıq etmək istəyini balanslaşdırmağa çalışır.

Mənbələr Bloomberg-ə bildiriblər ki, Birləşmiş Ştatlar bu məsələdə ictimai mövqe tutması və razılaşmadan çıxması üçün Romaya fəal şəkildə təzyiq göstərir.

Meloninin diplomatik müşavirləri hələ də qərarın təfərrüatları və vaxtı ilə bağlı müzakirələr aparır, Çinin iqtisadi qisas almasından ehtiyatlanırlar. Çox güman ki, mayın 19-da Yaponiyanın Xiroşima şəhərində keçiriləcək G7 liderlərinin sammiti başlayana qədər heç nə açıqlanmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar