Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İt saxlayan prezidentlər və prezidentliyə “namizəd” olan itlər - Fotolar


Ötən həftə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Rusiya lideri Vladimir Putinə it hədiyyə etməsi maraqla qarşılanmışdı


İddia edilirdi ki, Albay cinsindən “Sadiq” adlı itin Putinə verilməsi siyasi mesajdır. 

Maraqlıdır ki, Putin dəfələrlə rəsmi görüşlərdə itlərlə görüntülənib.

Rusiya prezidentinin bir neçə itinin olduğu deyilir. Belə ki, Putinin bundan əvvəl Labrador cinsindən olan “Konni” adlı iti olub. Hətta “Konni” 2007-ci ildə Putin – Merkel görüşündə Almaniya kanslerini qorxuda bilmişdi. “Konni” 3 il əvvəl ölüb. 



Bundan sonra Putin akita-inu cinsindən olan “Yume” adlı iti saxlamağa başlayıb. Onu Yaponiyanın Akita prefekturasının qubernatoru Norihisa Satake Putinə bağışlayıb. 



Rusiya prezidenti ilə yanaşı onun çexiyalı həmkarı Miloş Zemanın da itlərə qarşı xüsusi sevgisi var. O, “Darsi” adlı retriver cinsindən olan it saxlayır. Prezidentin xanımı İvana Zemanova iti Ceyn Ostinin “Qürur və qərəz” kitabının şərəfinə belə adlandırıb. “Darsi” Çexiya prezidentinə ad günü hədiyyəsi olaraq verilib. 



İt saxlayan ölkə başçılarından biri də Finlandiya prezidentidir. Sauli Niynestinin boston-teryer cinsli “Lenni” adlı iti bütün Finlandiyada məşhurdur. Hətta ötən il prezident “Lenni” ilə birgə xalqı təbrik etmişdi.



ABŞ-ın sabiq prezidenti Barak Obamanın da “Bo” və “Sanni” ləqəbli itləri var. Obama ailəsi itləri ilə vaxt keçirməyi çox sevir. 



Böyük Britaniya kraliçası II Elizabetin isə it və pişiklərdən ibarət şəxsi “zooparkı” var. Kraliçanın “zooparkı”nda Velş-Korqi cinsindən olan bir neçə it saxlanılır.
Kraliçanın heyvanlara olan sevgisi onun yeniyetmə yaşlarından başlayıb. O, 18 yaşı olanda atasından, kral 6-cı Georgdan ilk dəfə korqi cinsi olan it hədiyyə alıb.



İsrail baş naziri Binyamin Netanyahunun itinin adı “Kaya”dır. “Kaya” Netanyahunun iqamətgahına dəvət olunan qonaqları bir neçə dəfə dişləməsi ilə yadda qalıb. Netanyahu ailəsi “Kaya”nı sığınacaqdan götürüb. 



İtlərlə bağlı maraqlı bir məqam Fransada yaşanıb. 2002-ci ildə Fransada prezident seçkilərində qeyri-adi namizəd - “Sosiss” (Kolbasa) adlı it qatılıb. O, “siyasətin veteranı” hesab olunur. “Sosiss” adlı it daha əvvəl bələdiyyə seçkilərində iştirak edib və hətta dörd faiz səs toplaya bilib.

ABŞ-da isə 2016-cı il prezident seçkilərində sürpriz namizəd ortaya çıxmışdı. Tennessi ştatından olan bir şəxs itini namizəd kimi təqdim edərək, 10 min dollar pul toplamışdı. "Mildred" adlı itin təbliğat kampaniyası üçün xüsusi köynəklər hazırlanmışdı. Bu hadisə dünya KİV-lərində günlərlə müzakirə predmetinə çevrilmişdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar