Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Ukrayna əsgərləri Baxmut yaxınlığında irəliləyib

Ukrayna qoşunları oktyabrın 30-da Baxmut yaxınlığında və Zaporoje vilayətinin qərbində təsdiqlənmiş irəliləyişlər əldə ediblər...

Poliqon xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) geolokasiya məlumatlarına istinadən verdiyi məlumatda deyilir.

Qeyd edilir ki, Ukrayna qüvvələri Kurdyumivkanın şimal-şərqinə (Baxmutdan 10 km cənub-qərb) irəliləyib. Oktyabrın 29-na olan əlavə geolokasiya məlumatları göstərir ki, Ukrayna qüvvələri Zaporoje vilayətinin qərbindəki Robotinidən qərbə doğru bir qədər irəliləyib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Qüvvələrinin Baxmut yaxınlığında və Melitopol istiqamətində hücum əməliyyatlarını davam etdirdiyini təsdiqləyib. Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, rus qoşunları Baxmut yaxınlığında müdafiənin təşkilini əhəmiyyətli dərəcədə gücləndirib və müdafiə əməliyyatlarından daha aktiv əməliyyatlara keçiblər.

Bununla belə, ISW qeyd edir ki, Baxmut yaxınlığındakı rus qoşunlarının tərkibində əhəmiyyətli dəyişiklikləri yoxlaya bilməyiblər. Rus döyüşçüləri iddia edirlər ki, Baxmutun şimal-qərbində Berxivka, Vasyukovka və Orixovo-Vasilivka yaxınlığında mövqe döyüşləri davam edir.

Baxmut istiqamətində Ukrayna hərbçiləri bu yaxınlarda Rusiyanın mövqelərinə zərbələr endirib, təxminən iki milyon dollar dəyərində Rusiya canlı qüvvəsi və texnikasını məhv edib.

Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin Baxmut yaxınlığında işğalçıları məhv etməsinin videosunu nümayiş etdirib. Ekspertlərin fikrincə, Baxmutun Rusiya üçün çox böyük siyasi və ideoloji dəyəri var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Ən çox oxunanalar