İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə XİN-ə çağırılıb
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, diplomatın çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub. Məlumata görə, PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib.
İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.
pia.az