Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşsiz qalan müğənnilərdən ölkə başçısına və birinci vitse-prezidentə müraciət - Video

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik...

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

İşsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müğənni Sabir Əhmədov müraciətində yazır:

“Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.

Bu müraciətə müğənnilər Nura Suri, Fuad Musayev və digər incəsənət nümayəndələri də qoşulub.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar