Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin müdafiə naziri: İranın təhdidləri qarşısında ittifaqlar yaradılır

Türkiyə və İsrail arasında ikitərəfli əməkdaşlıq və dialoqun artması bəzi məsələlərdə, xüsusən Fələstin məsələsində fikir ayrılığının həllini asanlaşdıracaq...

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, iki ölkə münasibətlərinin gələcəyi ümidverici görünür.

“Lakin bu, dünyada və regionda sabitliyin və təhlükəsizliyin qorunmasında ümumi maraqlarımızdan asılıdır. Gələcəkdə əməkdaşlıq üçün çoxlu sahələr var. Bura bölgəmizdəki mübahisələrin diplomatik həllinə nail olmaq da daxildir”, - Qantz vurğulayıb.

İsrailli nazir Yaxın Şərq və Şərqi Aralıq dənizində baş verən hadisələrə də diqqət yetirib.

İran tərəfindən yaradılan təhdidlər qarşısında ittifaqlar inşa edilir. Heç şübhəsiz ki, NATO üzvü və ortaq dostumuz ABŞ-ın müttəfiqi olan Türkiyənin qlobal sabitliyin təmin olunmasında mühüm rolu var. Yunanıstan, Kipr və Körfəzdəki dostlarımızla güclü tərəfdaşlığımızı davam etdiririk və Türkiyə ilə əlaqələrimiz də müsbət istiqamətə yön alıb. Əslində, biz körpülər qura və münaqişələri bütün tərəflərin xeyrinə azalda bilərik. İrəli getmək üçün münasibətlərimizdə açıq dialoqu davam etdirərək ardıcıl, müsbət yanaşmanı mənimsəməliyik. Müzakirələrimizdə razılaşdırıldığı kimi, komandama işimizi artırmaq üçün lazımi prosedurlara başlamağı tapşırdım”, - Qantz əlavə edib.

pia.az


Etiket: İran Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay