Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin Livana hücumları iki Kanada vətəndaşının ölümünə səbəb olub

İki Kanada vətəndaşı Hüseyn və Daad Tabaca İsrail hərbçilərinin Livanı atəşə tutması zamanı həlak olub...

Poliqon xəbər verir ki. bu barədə Kanadanın CTV News telekanalı məlumat yayıb.

Həlak olanların yaxınları telekanala bildiriblər ki, ər və arvad təxliyyə olmaq istərkən avtomobillərinə hücum nəticəsində ölüblər.

Sentyabrın 24-də günortadan sonra CBC telekanalı Kanada Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, Livanda atəşə tutulan iki ölkə vətəndaşı həlak olub. Telekanal qurbanların adlarını və onların başına gələnlərin təfərrüatlarını açıqlamayıb.

CTV News-un məlumatına görə, Hüseyn və Daad Tabaca Livanın cənubunda evlərini tərk etmək istəyərkən tıxacda qalıblar. Bu zaman zərbə endirilib. Partlayış baş verən yerin yaxınlığındakı xəndəkdə yanmış BVW avtomobili tapılıb. Tabaj cütlüyünün oğlu Kamalın dediyinə görə, cəsədlər ağır yanıb və şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Gənc oğlan anasının yanmış salondan tapdığı saatın köməyi ilə valideynlərinin ölümünü təsdiqləyib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimal oxları” adlı hücum əməliyyatına başladığını elan etdi. Sentyabrın 24-nə olan məlumata görə, İsrailin hücumları səbəbindən Livanda 500 minə yaxın insan didərgin düşüb. Həmin gün Livanın Səhiyyə Naziri Firass Abiad Əl-Cəzirə Mübaşerə bildirib ki, 23 və 24 sentyabrda Livanda 50-si uşaq olmaqla 569 nəfər ölüb. yaralıların sayı 1835-ə yüksəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Ən çox oxunanalar