Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Ukrayna ilə bağlı mövqeyini dəyişib

Tel-Əviv Ukraynaya İran-Rusiya münasibətləri ilə bağlı kəşfiyyat məlumatları ötürür...

PİA.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetində Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevlə gərginlik yaşayanTəl-Əvivin “Ukraynaya dolayı yardım etdiyi” bildirilib.

Qəzetin məlumatına görə, “yardım” kəşfiyyat məlumatlarının ötürülməsndən ibarətdir. Xəbərdə Rusiya-Ukrayna savaşında bitərəf qalmağa çalışan İsrailin siyasi mövqeyində “İranın Moskvaya hərbi yardımı” ilə bağlı ciddi dəyişiklik olduğu vurğulanıb. İsrailin təhlükəsizlik rəsmisi “Haaretz”-ə deyib ki, İranın Rusiyaya pilotsuz təyyarələr tədarükü və hərbi əməkdaşlığı artırması Tehran üçün strateji səhvdir və İsrail-NATO münasibətlərində baş verəcək ən yaxşı şeydir.

Qeyd edək ki, təxminən ay yarım əvvəl İsrailin müdafiə naziri Benni Qantz və Baş Qərargah rəisi Aviv Koçavi Ukrayna rəsmilərinin İran pilotsuz təyyarələri ilə bağlı kəşfiyyat sorğularını rədd etmişdilər.

İranla hərbi əməkdaşlığını artıran Rusiyanın Təl-Əvivlə münasibətləri və Ukraynanın silah yardımı çağırışları İsrail qarşısında ən çətin xarici siyasət sınağı hesab olunur.

Qeyd edək ki, Təl-Əviv administrasiyası “Rusiya və Ukraynada sayı yüz minlərlə olan yəhudi icması” və “Suriyada Moskva ilə hərbi koordinasiya və təhlükəsizlik” səbəbindən Rusiyanı özünə qarşı çəkməkdən çəkinirdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay