Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşgəncələrə Qarşı Komitə azyaşlının it dişləməsindən ölümünə münasibət bildirib

Hüquq müdafiəçisi Tural Hüseynov hadisəyə münasibətini bildirib...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Tural Hüseynov Masallı rayonunda 4 yaşlı uşağın ölməsi ilə bağlı hadisəyə münasibətini Trend-ə bildirib.

Komitə sədri azyaşlının ölümündən təəssüfləndiyini bildirib və aidiyyəti qurumları bu məsələdə diqqətli olmağa çağırıb: "
Hörmətli hüquq müdafiəciləri, aidiyyəti qurum rəhbərləri. Baş vermiş hadisə çox ürəkağrıdan haldır. Sahibsiz it bir ailəyə faciə gətirib. Mən bu məsələdə aidiyyəti qurumlarla yanaşı, ictimaiyyətə də səslənmək istəyirəm. Küçələrdə sahibsiz itlərə daha ciddi nəzarət olunmalıdır ki, bu cür faciələrin qarşısı alınsın. Bu işdə hər bir vətəndaş fəal olmalıdır. Küçələrdə sahibsiz it görərkən aidiyyəti qurumlara, cəmiyyətlərə məlumat verək, özümüzü və ailə üzvlərimizi qoruyaq. Sahibsiz itlərin insanlara hücumuna biganə yanaşmayaq".

T. Hüseynov qeyd edib ki, bu cür xoşagəlməz hallar paytaxtdakı gəzinti park və istirahət yerlərində də baş verir: "İstirahət parklarında, gəzinti yerlərində ağzı qəfəssiz itlər gəzdirilir və bu da həmin ərazilərdə xoşagəlməz hallarla nəticələnir. Aidiyyəti qurumlar bu cür halların qarşısını almalıdır".
Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar