Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama

Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur...

İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər. Təbii ki, ölkədə bu gün də vəziyyət nəzarət altındadır, lakin yenə də İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, Azərbaycanda epidemiyaya qarşı profilaktik tədbirlər gücləndirilib: “Ona görə də hələlik İrandan Azərbaycan üçün təhlükə olacağını gözləmirəm. Çünki xəstələnmiş insanların hamısı nəzarət altında saxlanılır və yoxlandıqdan sonra buraxılır”.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur:

“Bütün sərhəd keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır. Koronavirusun yayıldığı ərazilərə gedərkən xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Əgər təmas məcburiyyəti olarsa belə qoruyucu maskalardan istifadə zəruridir. Müntəzəm şəkildə əllər yuyulmalı, yoxlanılmış qida məhsullarından istifadə edilməli və gedəcəkləri ərazi haqqında əvvəldən məlumatlı olmalıdırlar”.

Qeyd edək ki, İranda koronavirusdan ölənlər var.

Məlumat üçün bildirək ki, Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb.

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar