Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı ərəb etirazları və Körfəz ölkələrininTehranın daxili işlərinə qarışmamaq siyasəti

Ərəb ölkələrinin İranın daxili işlərinə müdaxilə etməmək siyasəti Tehran rejimini ərəb ölkələrinə qarşı həmin siyasəti izləməyə vadar etmədi...

Sevsen Şair
“The Independent” qəzeti, 26 iyul 2021-ci il

İranda iki cəbhədə çəkişmələrin yüksəlməsi ehtimalına qarşı Tehranın narahatlıqları da günbəgün artır. Əsas problem də Əhvaz və İran-Əfqanıstan sərhədi ilə bağlıdır. Körfəz ölkələrinin hər iki istiqamətdə maraqları var. Amma Körfəz ölkələri İrana təzyiq göstərmək üçün bu şərtlərdən istifadə etməkdə maraqlı görünmürlər.

Körfəz ölkələri başqalarının daxili işlərinə qarışmamaq prinsipinə riayət etdikləri üçün bu iki cəbhədə əldən veriləcək şanslar var. İran rejimi Əhvaz cəbhəsində hətta bu bölgəni itirmək riskini gözə alacaq qədər ərəb irqini məhv etməyə hazır vəziyyətdədir.

Bu bölgənin sahəsi təxminən 375 kvadrat kilometrdir və əhalisi 8 milyondur. Əhvaz nefti bütün İran neftinin 87%-ni təşkil edir və ən böyük təbii qaz miqdarı da burada yerləşir. Bunun üçün İran rejimi hər hansı bir xarici müdaxiləyə və ya beynəlxalq ictimaiyyətin təzyiqinə fikir vermədən hər cür təzyiqi göstərməyə hazırdır.

Belə ki, İranın əvvəldən də bildirdiyi kimi, əhvazlılar müstəqillik tələb edəcəyi təqdirdə, İran da soyqırım törətməkdən çəkinməyəcək.

Beynəlxalq ictimaiyyət isə baş verən hadisələri mediada hökumətin yerinə yetirmədiyi müəyyən xidmətlərə görə iranlıların nümayişlər keçirməsi kimi təqdim edir.

Hazırda İran rejimi canlı güllələrdən istifadə edir. Həmçinin, əhvazlıların etirazlarına qarşı çıxmaq üçün İnqilab Keşikçilərini sahəyə göndərir. Şiddətli repressiyalara baxmayaraq, baş verən hadisələrə Qərb mərkəzli solçu hüquq sistemindən də heç bir reaksiya gəlmədi.

Qərəz və ikili standartlar iddiaların doğruluğunu ortaya qoydu. Körfəz və Ərəb ölkələrini narahat edən vəziyyət işğal altında olan bu ərəb bölgəsinə qarşı heç bir siyasətin olmamasıdır. Halbuki, əhvazlıların həm siyasi, həm də media cəhətdən beynəlxalq platformalarda problemlərini və qanuni tələblərini qəbul edə bilərdik.

Avropa əhvazlıları dəstəkləyir və Əhvazın Qurtuluşu üçün Ərəb Müqavimət Hərəkatının liderlərinə ev sahibliyi edir.

Bəs bu qazanclı vəziyyətin harasında dayanacağıq?

Əhvazlılar dəfələrlə kömək istəməyə çalışdılar. Bunun üçün Körfəz ölkələrinə müraciət etdilər. Körfəz ölkələri isə onları mediada təsirsiz şəkildə dəstəkləyib. İran isə digər vəziyyətləri müzakirə etmək üçün belə durumlardan istifadə edir.

Əslində, Tehran hazırda bu kartdan “Hizbullah”, “Həşd əş-Şaabi”, Husilər və ərəb ölkələrindəki şiələr üçün istifadə edir.

Lakin yaxşı istifadə edə bilmədiyimiz ikinci cəbhə isə Əfqanıstan sərhəd cəbhəsidir. İran və Əfqanıstan arasında təxminən 920 kilometr sərhəd və üç sərhəd keçidi var. Yəni ortada nəzarət etmək çox çətin bir sərhəd xətti var.

İranın bu sərhəd xəttinin təhlükələrini idarə etmək məqsədilə hərəkətə keçirdiyi bu kozrdan istifadə etmək üçün heç bir layihəmiz yox idi. İran bilir ki, təhlükə bu uzun sərhədə nəzarət etmək çətinliyi ilə bağlı deyil, əksinə bu, Əfqanıstanda sünni çoxluqla İran rejimi arasındakı ideoloji fərqlərdən qaynaqlanır.

Hər şeydən əvvəl İran Əfqanıstan müharibəsindən bəri ölkədəki Həzara şiələrini siyasi cəhətdən dəstəkləyir. Ərəb şiələrinə etdiyi kimi, Həzara şiələrinin parlamentdə təmsil olunmasına da kömək edib.

Digər tərəfdən, Tehran hazırda Dohada etməyə çalışdığı kimi, Əfqanıstan hökuməti ilə “Taliban” Hərəkatı arasında vasitəçi rolunu oynamağa çalışır. Bu məqsədlə İran sabitliyi dəstəkləmək üçün 7 iyul tarixində Əfqanıstan hökuməti və “Taliban” hərəkatını birləşdirən konfransa ev sahibliyi edib. Çünki bu, İranın xeyrinədir.

Digər tərəfdən, İran ABŞ-ın geri çəkilməsinin səbəb olduğu boşluqdan istifadə edərək öz sərhədini qorumaq üçün bu sərhəd xəttinə sızmağa çalışır. Çünki Tehran İnqilab Keşikçiləri qüvvələrinin bir hissəsini bu sərhəd xəttinə yerləşdirib. Bu missiyanı yerinə yetirmək üçün İraqın “Həşdi əş-Şaabi” qruplarından istifadə edildiyinə dair şayiələr də var.

İran-Əfqanıstan cəbhəsi Tehran rejimini ən çox narahat edən cəbhələrdən biridir. Çünki ən böyük narkotik alveri burada aparılır. Əfqan qaçqın qrupları buradan ölkəyə daxil olur.

Yenə də ən təhlükəlisi budur ki, İŞİD Əfqanıstanda təkrar yerləşdirilir. Çünki Əfqanıstan dəhşətli gərginliyin mərkəzində olacaq.

Paradoksal olaraq silahlı milislərdən narkotiklərə və nəzarət etmək çətin olan sərhədlərə qədər bütün Əfqanıstan təhlükələri İranın əksər ərəb ölkələrində istifadə etdiyi kozrlarla eynidir. Buna baxmayaraq, ərəblərin bu kozrlardan istifadə etmək cəhdi yoxdur. Ən pisi də budur ki, bu vəziyyət İran rejimi tərəfindən heç vaxt nəzərdə tutulmamışdı.

Həmçinin, ərəb ölkələrinin İranın daxili işlərinə qarışmamaq siyasəti Tehran rejimini ərəb ölkələrinə qarşı eyni siyasəti izləməyə vadar etmədi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar