Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və Ermənistanın Azərbaycana əsassız iddiaları və sülhdən qaçınmalar...

Erməni “Telegram” kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhəddə və Qarabağa toplanması barədə iddialar yayır...

Politoloq: “Məlum olan odur ki, Ermənistan və onun dəstəkçisi molla rejimi Azərbaycan ordusundan çox qorxurlar”.

“Gərginlik ehtimalı həmişə olub, indi də qalır. Sülh olmayana kimi də böyük ehtimalla gərginlik artacaq”.

Bu sözləri politoloq Azər Qasımov İranErmənistanın Azərbaycana qarşı dediyi əsassız iddiaları Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransı zamanı ölkəmizə qarşı əsassız iddialar səsləndirdi. Erməni “Telegram” kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhəddə və Qarabağa toplanması barədə iddialar yaydı. Maraqlıdır ki, eyni anda İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edib. Bu ölkə mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanın böyük qoşun kolonlarının hərəkətini qeydə alıb.

Bəs İranErmənistanın bu iddiaları indi yaymaqda məqsədləri nədir və Ermənistanla sərhəddə yeni gərginlik ehtimalı varmı?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan dövləti öz ərazisinin suverenliyini tam bərpa etmək üçün hər vasitən istifadə edəcəyi şübhəsizdir”.

Əgər Azərbaycan Ermənistana son bir şans veribsə, Ermənistanın bunu doğru anlamalı olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan bundan sui-istifadə edib öz vəziyyətini daha da ağırlaşdırmamalıdır:

“Məlum olan odur ki, Ermənistan və onun dəstəkçisi molla rejimi Azərbaycan ordusundan çox qorxurlar. Gözlərinə hər yerdə Azərbaycan əsgəri görünür. Azərbaycan öz ərazisində istədiyi mövqedə əsgər yerləşdirə bilər. İndi bunu nə məqsədlə edirik, bu, Azərbaycanın siyasi-hərbi rəhbərliyinin bildiyi işdir. Əgər edirlərsə, deməli buna ehtiyac var.

Gərginlik ehtimalı həmişə olub, indi də qalır. Sülh olmayana kimi də böyük ehtimalla gərginlik artacaq. Azərbaycan dövləti öz ərazisinin suverenliyini tam bərpa etmək üçün hər vasitən istifadə edəcəyi şübhəsizdir. Hələ ki, bunu sakitliklə etmək istəyirik.

Görünən odur ki, Ermənistan bu xoş niyyəti yaxşı anlamır və İran molla rejimi kimi ikiüzlü hakimiyyətin təhriklərinə aldanıb, vaxt uzatmaqla məşğuldur. Əgər Azərbaycan Ermənistana son bir şans veribsə, Ermənistan bunu doğru anlamalıdır. Bundan sui-istifadə edib öz vəziyyətini daha da ağırlaşdırmamalıdır.

Azərbaycanın ordusu həmişə hazır vəziyyətdədir. Bu, Azərbaycanın son anda məsələni hərbi yolla həll edəcəyi anlamına gəlir. Ermənistan bunu istəmirsə, sülhə gəlsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar