SEPAH komandiri deyib ki, Tehran İsrailin təhdidləri fonunda “nüvə doktrinasına” yenidən baxa bilər...
İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri Əhməd Xaxtalab cümə axşamı bildirib ki, İran İsrailin təhdidlərindən sonra “nüvə doktrinasına” yenidən baxa bilər.
Poliqon xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qəzet İranın nüvə təhlükəsizliyi üzrə məsul qvardiya komandiri Əhməd Xaxtalabdan sitat gətirib:
“Sionist rejimin (İsrailin) İranın nüvə obyektlərinə qarşı təhdidləri bizə nüvə doktrinamızı yenidən nəzərdən keçirməyə və əvvəlki mülahizələrimizdən kənara çıxmağa imkan verir”.
Xaxtalab əlavə edib ki, İsrailin İranın nüvə mərkəzlərinə və obyektlərinə hücumu halında, Tehran İsrailin nüvə obyektlərinə qarşı “mütərəqqi raketlərlə” zərbələr endirməklə “qəti” cavab verəcək.
Poliqon.info