Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran dronlarının dağıtdığı Kiyev – Fotoreportaj

Son aylarda Rusiya qoşunlarının həyata keçirdiyi raket və hava hücumları nəticəsində Ukraynanın Kiyev, Dnepr, Xarkov, Jitomir və Krivoy Roq rayonlarında mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib...

Yaşayış məntəqələrindəki obyektlər, o cümlədən elektrik stansiyaları və yarımstansiyaları sıradan çıxıb, yaralılar olub.

Paytaxt Kiyevdə hücumlar şəhərin şimal-şərqindəki Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə edilib. Kiyevdə Dnepr çayının sol sahilində işıq və su verilişində fasilələr yaranıb.

Hücumların qarşısının alınması üçün əməliyyat həyata keçirən Ukrayna hərbçiləri İrana məxsus onlarla pilotsuz uçuş aparatlarını (PUA) vurublar.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı İran istehsalı olan PUA-ların Kiyevdə dağıntılar yaratdığı mülki infrastruktur obyektlərindən reportaj hazırlayıb.

Məsələni “Report”a şərh edən Ukraynanın UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy bildirib ki, bu dronlar istifadə taktikası sayəsində olduqca effektivdir. Onlar vasitəsilə kütləvi zərbələr endirmək mümkündür. Üstəlik, ucuz olduğuna görə Rusiyanın bu dronlardan kütləvi şəkildə istifadə etmək imkanı var. Söhbət ondan gedir ki, “Shahed” pilotsuz uçuş aparatı bu dronun vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağıdır. Məsələn, hətta “Stinger”dən 1 raket atışı belə 1 “Shahed” PUA-dan baha başa gəlir”.

Onun sözlərinə görə, dronlardan kütləvi istifadə edilməsi nəticəsində onlardan birinin və ya bir neçəsinin hədəflərə çatmaq ehtimalı artır:

“100 dron buraxılır, onlardan cəmi dördü hədəfi vurur. Lakin 4 dronun elektrik stansiyasına zərbəsi nəticəsində belə ciddi ziyan dəyir. Bu amil olmasaydı, rusiyalı terrorçularının ukraynalılara və Ukrayna iqtisadiyyatına cəbhə xəttindən 150 kilometr uzaqda hücum etmək üçün resursları olmayacaqdı. Buna görə də ayətullahların kriminal rejimi Ukraynada müharibənin uzadılmasında birbaşa məsuliyyət daşıyır və ukraynalılara, o cümlədən müsəlman ukraynalılara qarşı soyqırımının həyata keçirilməsində əlbirdir”, - M.Qannitskiy bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay