Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihara cəhd edən məktəb direktoru ilə bağlı məsələyə aydınlıq gətirilib

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təzyiqlərinin səbəb olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə xəbər saytlarında İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva barədə müxtəlif xarakterli məlumatlar dərc olunub və onun Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təzyiqlərə məruz qalması məlumatı həqiqəti əks etdirmir.

"Bildiririk ki, GDRTİ-nə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi və 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumata əsasən GDRTİ-nin əməkdaşları Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müvafiq araşdırma aparıblar. Bu zaman məktəbin sabiq ingilis dili müəlliminin 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi, həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması, eləcə də kargüzarlıq işinin düzgün aparılmaması halları aşkarlanıb.

GDRTİ-nin əməkdaşları tərəfindən məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.

İyunun 22-də bir neçə xəbər saytında M.Qarayevanın səhhətiylə bağlı müxtəlif xarakterli xəbərlər dərc olunub. Qeyd olunan məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumat bildiriləcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar