Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ING Azərbaycanda inflyasiya proqnozunu növbəti dəfə azaldıb

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 3,1 %, 2025-ci ildə 3,8 % olacağını proqnozlaşdırır...

Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il və gələn il üçün açıqlanan yeni proqnoz mart ayında açıqlanan proqnoza nisbətən müvafiq olaraq 1,3 və 1,7 faiz bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 4,2 %, ikinci rübdə 1,2 %, üçüncü rübdə 2,7 %, dördüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə - 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.

Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar