Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov imzaları topladı, hakimiyyət yoxlamağa başladı

Mərkəzi Seçki Komissiyası “ReAl” siyasi hərəkatının bir sıra qanunların qəbul edilməsi məqsədilə Milli Məslisə təqdim etdiyi imzaların öyrənilməsi üçün işçi qrupu yaradıb

PİA.az AzərTac-a istinadla xəbər verir ki, MSK-nın bugünkü iclasında müvafiq qərar qəbul olunub.

Məlumata görə, işçi qrupu “ReAl” siyasi hərəkatının təşəbbüs qrupu tərəfindən parlamentə təqdim edilmiş 41 min 500 imzanın həqiqiliyini və imzaların seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aidiyyatını yoxlayacaq.

Qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri daxildir. İşçi qrupunun koordinatoru isə Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev təyin olunub.

Prosesin başa çatmasından sonra işçi qrupunun rəyləri və protokollar Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, “ReAl” hərəkatı Bakıda mer seçkiləri, bank kreditlərini ödəyən fiziki və hüquqi şəxslərə devalvasiya nəticəsində dəymiş ziyanın kompensaiyası, həmçinin dövlət tərəfindən ali təhsil haqlarının ödənilməsi haqqında qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar