Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov azadlığa buraxılıb

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov azadlığa buraxılıb

Bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.    

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.      

Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ən çox oxunanalar