Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Təklə kəndində səyyar qəbul keçirib - Cəlilabadda

Cəlilabad RİH-nin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşünü aprelin 28-də Təklə kəndində keçirib


Görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edirdi.

Görüşü giriş sözü ilə açan İcra başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəylər Əzizov  kənd inzibati ərazi dairəsi barədə  məlumat verib.Çıxış edən sakinlər ölkədə və Cəlilabad rayonununda həyata keçirilən quruculuq -abadlıq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək, son illərdə nümayəndəliyə daxil olan kəndlərdə aparılan abadlıq quruculuq işlərinin aparılmasını, yeni asfalt yolların çəkilməsini, kütləvi qazlaşmanın cənab Prezidentin xalqa xidmətinin nümunəsi olduğunu ifadə etməsilə bərabər inzibati ərazi vahidliyinin sosial-iqtisadi inkişafı ilə bağlı fikir və təkliflərini söyləyiblər.

Sonra sakinlər şəxsi problemləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.

Cəlilabad RİH başçısı Əziz Əzizov görüşü yekunlaşdıraraq ölkədə gedən inkişaf prosesləri, Cəlilabad rayonunda həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışdı, sakinlər tərəfindən qaldırılan müraciətlərin və təkliflərin həll ediləcəyini söylədi.İcra başçısı Azərbaycanda hökm sürən sabitlikdən, əmin-amanlıqdan ətraflı bəhs etdi, bunu qorumağın vacibliyini diqqətə çatdırdı, hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.Ölkədə ərzaq təhlükəsizliyini təmin etməyin zəruriliyindən söz açan Əziz Əzizov bunun üçün kənd təsərrüfatını inkişaf etdirməyin, torpaqların əkilib becərilməsinin zəruriliyini, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən səmərəli şəkildə bəhrələnməyin vacibliyini önə çəkdi.Əziz Əzizov sonda səyyar qəbul-görüşdə qaldırılan müraciətlərin və təkliflərin həlli ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar