Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ICAN: Ukraynadakı münaqişə nüvə qarşıdurmasına keçə bilər...

Təhlükəli davranış artdıqca Ukraynadakı münaqişə bilərəkdən və ya bilməyərəkdən nüvə qarşıdurmasına çevrilə bilər...

Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə müsahibəsində Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bildirib.

Ekspertin fikrincə, 2022-ci ildən başlayaraq bir çox ölkələr tərəfindən qınanılan nüvə eskalasiyası ilə bağlı ritorika və təhlükəli davranışlar artıb. Sanders-Zakre nüvə silahı olan dövlətləri və onların müttəfiqlərini bəyanatlarında və hərəkətlərində ehtiyatlı olmağa və nüvə arsenallarını məhv etməyə çağırıb.

"Nüvə eskalasiyasını daimi olaraq dayandırmağın və nüvə müharibəsinin qarşısını almağın yeganə zəmanətli yolu nüvə silahlarını ləğv etməkdir", deyə ICAN nümayəndəsi vurğulayıb.

Mütəxəssis həmçinin Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinin (TPNW) nüvə silahının ləğvinin izlənilə bilən yeganə çoxtərəfli sənəd olması fikrini də ifadə edib. BMT üzvlərinin demək olar ki, yarısı bu müqaviləyə qoşulub.

Sanders-Zakre bütün ölkələri nüvə silahlarının ləğvinə nail olmaq üçün TPNW-ə qoşulmağa çağırıb.

Qedy edək ki, ötən həftə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müasir dünyada nüvə münaqişəsinin təsadüfi baş verməsinin istisna oluna bilməyəcəyini deyib və Ukraynada nüvə silahından istifadə ilə bağlı hədələr səsləndirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar