Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyn Abdullayev prezident İlham Əliyevdən kömək istəyir

Keçmiş deputat və sahibkar, hazırda həbsdə olan Hüseyn Abdullayev (Quska) ona qarşı “əsassız cinayət təqibinin dayandırılması” xahişilə prezident İlham Əliyevə müraciət edib.

Almaniyadan sığınacaq alan Abdullayev qeyd edir ki, Türkiyədə qanunsuz saxlanılıb və Azərbaycana zorla deportasiya edilib, orada uydurma ittihamlarla həbs edilib.

Abdullayev xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu onun təqib edilməsinin beynəlxalq hüquqa zidd olduğunu tanıyarıb və onun azad edilməsi barədə qərar çıxarıb.

“Uzun illər sizə mənim haqqımda yalan və böhtan xarakterli məlumatlar verən vəzifəli şəxslər bu qərarı yerinə yetirməyiblər”, – Abdullayev qeyd edir.

Onun fikrincə, həmin şəxslər Azərbaycan qanunlarına məhəl qoymayaraq, onun cəzasının 2/3 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsilə bağlı müraciətinə baxılmasını süni surətdə yubadırlar.

Abdullayev əmindir ki, dövlət başçısının bu “əzab və iztirablardan” xəbəri yoxdur və mərhum Heydər Əliyevin “ilk silahdaşlarından biri” olduğunu xatırladır. 1991-1992-ci illərdə buna görə Naxçıvanda təzyiq və təqiblərə məruz qalıb.

Abdullayev prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur.

“Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, – Abdullayev yazır və dövlət başçısının ona qarşı əsassız cinayət təqibinə son qoyacağına əminliyini bildirir.

Öz növbəsində, Abdullayevin vəkili Rəsul Cəfərov Turan-a bildirib ki, indiki mərhələdə cəza müddətinin 2/3 hissəsinin çəkilməsinə görə azadlığa buraxılma üzrə hüquqi mexanizm var. Hələ iyulun əvvəlində müdafiə tərəfi müvafiq xahişlə müraciət edib.

Bu iş üzrə növbəti məhkəmə ilcası sentyabrın 5-nə təyin edilib.

Vəkil əlavə edib ki, Abdullayevin azadlığa buraxılmasının digər mexanizmi prezidentin əfv sərəncamı ola bilər.

*Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

Almaniyada yaşayarkən kütləvi etirazlara çağıran bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb.

2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Bundan sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar