Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseyin Büyükfırat: "Tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik"

“Biz tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik. İş dünyasının öhdəsinə çox önəmli vəzifələr düşdüyünü bilirik. Biz öhdəliyimizi dərk edərək buna bənzəyən layihələrimizi davam etdirəcəyik”...

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin “Anadolu” Agentliyinə açıqlamasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumunun təşkilatçılarından “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.

“Bölgədə yeni qapı açılıb. Türk dünyasını birləşdirən prosesə doğru gedirik. Foruma Türkiyə və Azərbaycanın həm dövlət rəsmiləri, həm də iş dünyasından şəxslər qatıldılar. Panel müzakirələri də çox məhsuldar keçdi. Stratejik qərarlar alındı”, – deyə qeyd edən TÜİB sədri Azərbaycan və Türkiyə liderlərinin 15 milyard dollarlıq illik ticarət həcmi hədəfini xatırladıb:

“Bu il ticarət həcmi 7 milyard dolları keçib. Bizi bu hədəfə aparacaq önəmli bir toplantı oldu. Biz bu hədəfə köklənərək işləri izləmək üçün sistem quracağıq.

Biz tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik. İş dünyasının öhdəliyinə çox önəmli vəzifələr düşdüyünü bilirik. Biz öhdəliyimizi dərk edərək buna bənzəyən layihələrimizi davam etdirəcəyik”.

Hüseyin Büyükfırat həmçinin forumun nazirlər səviyyəsində təşkil edildiyini xatırladaraq bunun Azərbaycan və Türkiyə hökumətlərinin iş adamlarına verdiyi dəstəyin göstəricisi olduğunu vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar