Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanda keçmiş deputat və qardaşı canlı yayımda güllələnib

Hadisə Uttar Pradeş ştatının Prayaqrac şəhərində baş verib. Hadisəni törədən şəxslər polisə təslim olublar…

Hindistanın şimalında televiziyada canlı yayımlanan hücumda adam oğurluğu və qətl və hücumda ittiham olunan keçmiş Hindistan deputatı Atik Əhməd qardaşı ilə birlikdə güllələnib.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, hadisə Uttar Pradeş ştatının Prayaqrac şəhərində, Atik Əhməd və qardaşı Əşrəf polisin müşayiəti ilə tibbi müayinəyə gedərkən baş verib. Polis sözçüsü Ramit Şarma bildirib ki, hücum edən üç şəxs motosikletlə gəlib və özlərini jurnalist kimi təqdim ediblər.

“Onlar səsyazma bəhanəsi ilə Atik və qardaşına yaxınlaşa biliblər və yaxın məsafədən onlara atəş açıblar. Hər ikisi də başından güllə yarası alıb. Hər şey bir neçə saniyə ərzində baş verib”.

Atışmadan sonra hücum edənlər polisə təslim olub və saxlanılıblar.

Atik Əhməd Uttar Pradeşdəki Phulpur seçki dairəsi üzrə keçmiş parlament üzvü olub. Onun barəsində 90-dan çox cinayət işi, o cümlədən adam öldürmə, adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə başlanıb. O, 2018-ci ildə Allahabad Universitetinin professoruna hücum etməkdə də ittiham olunub.

2019-cu ildə 60 yaşlı Atik Əhməd 2005-ci ildə bir deputatın qətlində ona qarşı şahid qismində ifadə verən vəkil Umeş Palı oğurlamaqda təqsirli bilinərək həbs edilib.

Hücumdan sonra səlahiyyətlilər, Prayagraj şəhərində dörd nəfərdən çox insanın toplaşmasına ştat miqyasında qadağa qoyub, həmçinin mobil telefonlardan internetə çıxışı kəsib. Hökumət həmçinin məhkəmə araşdırması sifariş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar