Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Himmlerin güllələdiyi “ölüm həkimi” – Ziqmund Raşer rexsfürerin qəzəbinə hansı səbəbdən tuş gəlib

Nürnberq məhkəməsinə çıxarılacağı halda ona ən ağır cəza, güllələnmə hökmü oxunacaqdı. Amma Raşer Ziqmunda bu hökmü bir müddət əvvəl, 26 aprel 1945-ci ildə öz himayədarı, SS reyxsfüreri Henrix Himmler “oxuyub”. Ona görə yox ki, həkim Raşer Ziqmund insanlığa qarşı ağlasığmaz cinayətlər törətmişdi, ona görə ki, Paşer ona illər boyu hamilik etmiş Himmleri aldatmışdı...

Raşer Ziqmund kim olub və o, SS “şef”inin qəzəbinə necə tuş gəlib?

Ziqmund Raşer 1909-cu ildə Münhen şəhərində anadan olub. Həkim ailəsində böyüyüb. Gələcəkdə həkim olmaq arzusu ilə orta təhsilinə xüsusi diqqət yetirib. “Mən gələcəkdə dünyanın ən tanınmış həkimlərindən biri olacam” deyən Raşer Frayburqda ali tibb təhsili alıb. 1933-cü ildə nasist partiyasına üzv olub. Ziqmund İsveçrədə bir neçə ay təcrübədə olduqdan sonra Münhenə qayıdaraq disertasiya müdafiə edib və elmi dərəcə alıb.

1939-cu ildə Raşer müğənni Karolina Dillə tanış olub. Karolina Dil Raşerdən 16 yaş böyük olsa da, onların arasında sevgi münasibətləri yaranıb. Bu münasibətlər Raşerin gələcək karyerasında böyük rol oynayıb. Belə ki, Karolina Dil nasistlərin hakimiyyət uğrunda mübarizə apardıqları vaxtlarda Henrix Himmlerə öz mənzilində sığınacaq verib, ona qayğı göstərib, hətta bəzi gizli tapşırıqlarını icra edib. Həmin vaxtdan Dillə Himmlerin arasında dostluq münasibəti yaranıb və onlar daimi olaraq bir-birləri ilə əlaqə saxlayıblar.

1939-cu ilin sonlarında Karolina Dil Raşeri Himmlerlə görüşdürüb. Bu görüşdən sonra Raşer SS və eyni zamanda hərbi aviasiya qüvvələrində həkim kimi fəaliyyətə başlayıb. Daha sonra o, Dahau əsir düşərgəsində xidmət edib. Düşərgədə xidmət etməkdə əsas məqsəd əsirlər üzərində tibbi sınaqlar keçirmək olub.

Təkcə 1942-ci ilin yanvar-mart aylarında Raşer Dahau düşərgəsində 207 nəfərin üzərində sınaqlar aparıb ki, onlardan 85 nəfəri ölüb, qalanları özünü idarə edə bilməyəcək dərəcədə əlilik qazanıb.

Bütün bunlar Hemrix Himmlerin razılığı ilə baş tutub. Rexsfürer Raşerin elmi təcrübələri üçün əsirləri ondan əsirgəməyib.

Raşer növbəti dəfə Himmlerlə görüşəndə Karolina Dillə münasibətlərinin rəsmiləşdirmək istədiyini bildirib. Himmler bu izdivaca zidd çıxıb, ailənin gələcək perespektivi olmayacağını bildirib, qeyd edib ki, 48 yaşlı Dilin bundan sonra dünyaya uşaq gətirmək şansı sıfırdır.

Sahibinin sözündən çıxa bilməyən Raşer müğənni ilə rəsmi nikaha girmək üçün fərqli bir çıxış yolu tapıb. Bir neçə aydan sonra məlum olub ki, Dil hamilədir və vaxtının tamamında onların övladı dünyaya gəlib. Daha bir il keçdikdən sonra Dil ikinci dəfə ana olub. Bu uşaqdan sonra onlar münasibətlərini rəsmiləşdiriblər. Ailə hər ay uşaqlara görə dövlətdən müavinət alıb, yeni mənzillə təmin edilib. Bunlarla yanaşı Himmler mütəmadi olaraq Raşer ailəsinə yardımlar edib, qayğı göstərib, məişət problemlərini aradan qaldırıb.

Himmleri Raşerin ginekoloji sahədəki elmi uğurları heyrətləndirib. Raşer seminarlarda, elmi konfranslarda, mətbuatda yaşı keçmiş qadınların uçaq dünyaya gətirməsi ilə bağlı elmi məruzələrlə çıxış edib. Onun bu ümidverici məruzələri ölkədə böyük maraq yaradıb. Xüsusilə, yaşı ötmüş, amma övlad sahibi olmayan qadınlar üçün Raşerin “kəşf”ləri möcüzə kimi qiymətləndirilib. Raşerin bu sahədəki bəzi təklifləri dövlət proqramına salınıb. Ancaq bu möcüzələrin ömrü uzun olmayıb.

1944-cü ildə Raşerin həyat yoldaşı Dil Münhen vağzalında uşaq oğurluğu şübhəsi ilə saxlanılıb. Araşdırmalardan sonra məlum olub ki, Dilin qucağında olan uşaq həqiqətən də vağzalın gözləmə zalından oğurlanıb. Bütün məsələlər də bundan sonra açılıb.

İstintaq zamanı məlum olub ki, Raşerin əvvəlki iki uşağının əsl valideynləri də onlar deyil. Həmin uşaqlardan biri Münhen yaxənlığındakı qəsəbədən oğurlanıb. Bu haqda müvafiq qurumlarda qeydiyyat olub. İkinci uşağı isə Raşer Dahau düşərgəsindən gizli çıxarıb.

Raşerin yaşı ötmüş qadınların hamiləliyi kəşfi isə söz yığınınağından başqa bir şey olmayıb.

Hadisələr Himmlerə məruzə edildikdən sonra rexsfürer Raşer və Dilin həbs olunmasını əmr edib. Bir müddət Buhenvalda xüsusi bunkerdə saxlandıqdan sonra, Raşeri Dahau düşərgəsinə aparıblar. Bu düşərgəni yaxşı tanıyan və bu düşərgədə yüzlərlə insanın həyatına son qoyan ölüm həkimi Himmlerin göstərişi ilə ən ağır işgəncələrə məruz qalıb. Dahaunun sovet hərbşilərini ələ keçirməyindən bir gün əvvəl isə Raşer heç bir məhkəmə hökmü olmadan güllələnib.

Karolina Dil isə Ravensbryuk düşərgəsində saxlanılıb. Onun düşərgədən qaçmaq cəhdinin qarşısı alındıqdan sonra düşərgənin həyərində asılıb.

Beləliklə, Henrix Himmler nə vaxtsa hamilik etdiyi dostlarının sonuna özü çıxıb. Raşer isə hələ yeniyetməlik illərində dediyi kimi, dünyanın ən tanınmış həkimlərindən birinə çevrilib, “ölüm həkimi”nə.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar