Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib

Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş
klassik musiqi gecəsi keçirilib


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi  ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi  keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olunmuşdur ki, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cumlədən  klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.  

Ulu öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq həm də ötən əsrin 70-ci illərinindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur.  

Səhnədəki monitorlarda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında  Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”  səsləndi. 

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti və İlahə Hüseynovanın dirijorluğu  ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin  ölməz əsərləri respublikanın əməkdar artistləri Zemfira İsmayılova, Almaz Orucova Aqşın Abdullayev və İlham Nəzərovun, tanınmış incəsənət xadimləri  ifalarında Nurlan Əzizbəyli, Rövşən Əziz, Kazım-Nizat Fəxri, Lətifə Soyuözün ifalarında səslənmişdir. 
Mərasim çox təsirlı və yaddaqalan keçdi və  tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

Ən çox oxunanalar