Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Bəy Zərdabi parkı yenidənqurmadan sonra istifadəyə verilib

Son vaxtlar Zərdab rayonunda geniş quruculuq-abadlıq işləri həyata keçirilib...

Heydər Əliyev prospekti yenidən qurulmuş, Heydər Əliyev parkının su təminatının yaxşılaşdırılması üçün parka yeni su xətti çəkilmiş, şəhərin küçələrinə asfalt örtük döşənib, yeni yaşıllıq zolaqları salınıb, küçələrin işıqlanma sistemi yenidən qurulub. Heydər Əliyev Fondunun vəsaiti hesabına 120 yerlik körpələr evi-uşaq bağçasının, Gəlmə, İsaqbağı, Məlikumudlu kənd tibb məntəqələrinin tikintisi aparılır. Çallı kəndində yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi başa çatmaq üzrədir. 96 şagird yerlik Sarıqaya kənd modul tipli tam orta məktəbinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Bu günlərdə isə Azərbaycan Milli mətbuatının banisi Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkı yenidən qurularaq istifadəyə verilib. Smeta dəyəri 360 min manat, ümumi sahəsi 1,1 hektar olan parkda yenidənqurma işlərinə cari ilin yanvar ayında başlanılıb.

Müasir memarlıq üslubunda giriş qapısı quraşdırılıb, ümumi sahəsi 200 kv.metr olan, müasir üslubda fontan kompleksi inşa edilib. Zərdabinin heykəlinin postamenti və ətrafı yüksək keyfiyyətli mərmər tavalarla üzlənib.

Parkın ərazisində sahəsi 500 kv.metr olan uşaq əyləncə mərkəzi tikilmiş, ağ lay tavalarla üzlənib və müasir metal məhəccərlərlə haşiyələnib 280 metr uzunluğunda hasar inşa edilmişdir. Parkın işıqlanma sistemi yenidən işlənilib və 44 ədəd müxtəlif növ müasir işiqlandırıcılar quraşdırılıb. Parkda 1200 kv.metr yaşıllıq zolağı yaradılıb , 600 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. 2 ədəd kölgənəcək, 12 ədəd dekorativ oturacaqlar və tullantı qabları quraşdırılıb.

Ümumiyyətlə parkın tikintisində 1350 kv.metr mərmərdən, 550 kv.metr tometdən, 500 kv.metr ağ lay tavalardan və digər materiallardan istifadə olunmuş, 300 kv.metr sahəyə asfalt örtük döşənib.

pia.az


Etiket: Zərdab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar