Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Türkiyənin Qəzza zolağı ilə bağlı mövqeyindən narazıdır

Fələstin qruplaşmaları, o cümlədən HƏMAS Türkiyənin Qəzza zolağı ətrafında gərginliyin artması ilə bağlı mövqeyindən narazıdır...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Al-Monitor” saytı məlumat yayıb. Sayt yazır ki, oktyabrın 7-də, İsrailin cənubunun islamçı yaraqlılar tərəfindən işğalı günü İstanbulda olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə nəzakətlə ölkədən çıxarılıb. Qeyd olunur ki, buna səbəb təşkilat yaraqlılarının mülki israilliləri öldürməsindən sonra Türkiyənin HƏMAS-ı müdafiə etməyə istəkli olmaması olub.

Nəşr vurğulayır ki, Ankara çətin ki, HƏMAS-a qarşı mövqeyini Qərb tərəfdaşlarının istədiyi qədər sərtləşdirsin. Ərdoğanın göstərişi ilə Türkiyə kəşfiyyatının və Xarici İşlər Nazirliyinin nümayəndələri HƏMAS ilə əlaqə yaratsalar da, ehtimal olunur ki, vasitəçilik təkliflərinə müsbət cavab ala bilməyiblər.

Fələstin mənbəsinin sözlərinə görə, Amerika səlahiyyətliləri HƏMAS-la əlaqələri kəsmək üçün Ankaraya təzyiq göstərir.

Türkiyə hökumətinə yaxın mənbə “Al-Monitor”a bildirib ki, HƏMAS-la təmaslar əsasən Qətərə keçib, Misir ənənəvi rolunu qoruyub saxlasa da, Türkiyə İran və Livanla təmaslarda daha fəal olub.

Bildirilir ki, Ankara “Hizbullah”ın yeni cəbhə açma riskinin qarşısını almağa çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar